Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması ləvazimat ilə təmin edilməsi normalarının təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 iyul tarixli 180 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 

¹ 548                                                                                                  Bakı şəhəri, 11 dekabr 2017-ci il

 

Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim  forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli 832 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 sentyabr tarixli 1024 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 iyul tarixli 180 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 877)  aşağıdakı dəyişikliklər edilsin:

1.1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ali zabitlərinin hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi norması” üzrə:

1.1.1. 1.16-cı bənddən “, poqonlarla” sözü çıxarılsın;

1.1.2. 4.4-cü bənd ləğv edilsin.

1.2. Həmin qərarla təsdiq edilmiş

2 nömrəli əlavə - “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti zabitlərinin, gizirlərinin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi norması” üzrə:

1.2.1. 1.15-ci bənddən “, poqonlarla” sözü çıxarılsın;

1.2.2. 4.4-cü bənd ləğv edilsin.

1.3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın ali zabitlərinin hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi norması” üzrə:

1.3.1. 1.9-cu və 1.11-ci bəndlərdə “və yubka” sözləri “, yubka və şalvar” sözləri ilə əvəz edilsin;

1.3.2. 1.15-ci bənddən “, poqonlarla” sözü çıxarılsın;

1.3.3. 4.4-cü bənd ləğv edilsin.

1.4. Həmin qərarla təsdiq edilmiş

4 nömrəli əlavə - “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi norması  üzrə:

1.4.1. 1.8-ci və 1.10-cu bəndlərdə “və yubka” sözləri “, yubka və şalvar” sözləri ilə əvəz edilsin;

1.4.2. 1.14-cü bənddən “, poqonlarla” sözü çıxarılsın;

1.4.3. 4.4-cü bənd ləğv edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 13 dekabr.- S.9.