TÜRKSOY 2018-ci ili

Qara Qarayev ilielan etdi

 

Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı başa  çatdı.

 

 Mədəniyyət Turizm Nazirliyinin informasiya ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, toplantının yekun bəyannaməsində Azərbaycan, Qazaxıstan Qırğızıstanın təklifi ilə 2018-ci ilin Azərbaycan bəstəkarı  Qara Qarayev, qazax xalq şairi Mağjan Jumabayev qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinəAnma ilielan edilməsi qərara alınıb.

 Bəyannamədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) mütəxəssislərinin bir araya gələrək işçi qrupunun yaradılması, həmin işçi qrupunun hazırladığı dəyişikliklərin növbəti daimi şura toplantısında imzalanması qərara alınıb.

TÜRKSOY-un 2018-ci ilin Fəaliyyət ­Proqramının da qəbul olunduğu iclasda qurumun baş katibi Düsen Kaseinov səs çoxluğu ilə yenidən təşkilatın baş katib seçilib.

 Qeyd edək ki, TürküstandaTürk dünyasının mədəniyyət paytaxtılayihəsi çərçivəsində türk xalqları arasında dostluq qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş 40-dan çox tədbir keçirilib.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 14 dekabr.- S.7.