BEYLƏQAN: Mil düzünün bərəkət üzü
Kür və Araz
çayları arasında üzanıb gedən Mil düzünün dilini xalqımız lap qədimdən
yaxşı öyrənmişdir. Yayın göydən od ələyən günəşi və bu çaylardan
kanalların gətirdiyi bol sudan qədərincə bəhrələnməklə
münbit çöllərdən istənilən
bar-bərəkəti əldə etmək mümkündür.
Beyləqanlılar özlərinin həyat düsturuna
çevrilmiş bu
hikmətə həmişə sadiq qalmağa çalışmışlar. Azərbaycan
Prezidenti İlham
Əliyevin kənddə ənənəvi və gəlirli fəaliyyət
sahələrinin dirçəldilməsi ilə bağlı
gerçəkləşdirdiyi tədbirlər Mil
düzünə bu il
daha çox bolluq, daha artıq qazanc gətirmişdir.
Beyləqana budəfəki səfərimizdə də, istər-istəməz, sona çatan 2017-ci ilin başlıca sosial-iqtisadi uğurları, bütün sahələri əhatə edən nailiyyətlərin təhlili və ümumiləşdirilməsi əsas mövzuya çevrildi. İlin ümumi nəticələri hələ əldə olmasa da, 9 aylıq hesabat göstəriciləri və davam edən quruculuq işlərinin miqyası rayonda daha bir uğurlu ilin finişə yaxınlaşmasından xəbər verir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə söhbətimiz də məhz bu məcrada davam etdi. Rayon rəhbəri hər birinin arxasında minlərlə insanın gecəli-gündüzlü zəhməti, şaxtalı-bürkülü həftələrdəki dəyanəti, aydan-aya yüksələn uğurları, fakt və rəqəmlərlə şərh etdi:
– Möhtərəm Prezidentimiz İlham Əliyevin mərhələ-mərhələ həyata keçirdiyi aqrar islahatlar artıq kəndi ahəngdar inkişaf yoluna çıxarmışdır. Rayonumuzda da dövlətin göstərdiyi hərtərəfli himayə, mövcud potensialın hərəkətə gətirilməsi, ənənəvi təcrübənin dirçəldilməsi məhsul istehsalını əsaslı surətdə, hətta bəzi sahələrdə 2--3 dəfə artırmağa imkan vermişdir. Dünyada davam edən böhran və iqtisadi sarsıntılara baxmayaraq, ölkəmizdə olduğu kimi, Beyləqanda da artım və yüksəliş davamlıdır. Bu həqiqətə ayna tutan göstəricilərə baxaq.
Rayonumuzda ilin doqquz ayında ümumi istehsal xeyli artaraq, 186 milyon manata çatmışdır. 13,1 milyon manatlıq sənaye, 75,7 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Ötən illə müqayisədə sənayedə artım 20,6 dəfə, kənd təsərrüfatında 9,7 faiz çox olmuşdur. Pərakəndə əmtəə dövriyəsi 15,2 faiz artaraq 109,1 milyon manat, adambaşına isə 1124 manat təşkil etmişdir.
Ötən dövrdə 4,2 milyon manatlıq əsas fondlar istifadəyə verilmiş, əsas kapitala yönəldilən investisiyaların həcmi 56,8 milyon manat olmaqla, keçən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artmışdır. Tikinti- quraşdırma işlərinin həcmi isə 2,6 dəfə yüksələrək 55,1 milyon manat olmuşdur. Vətəndaşların vəsaiti hesabına 9,6 min kvadratmetrlik 86 fərdi yaşayış evi tikilmişdir.
Rabitə xidməti 13,2 faiz artaraq 574,3 min manata çatmışdır. Əhaliyə 39,1 milyon manatlıq ticarət xidməti göstərilmişdir.
Rayonun sosial-iqtisadi, mədəni həyatında əldə olunan uğurlu nəticələr demoqrafik göstəricilərdə də özünü göstərir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin sayı 1200 nəfər artaraq 97,1 min nəfərə çatmışdır. Bu müddətdə 942 daimi iş yeri açılmışdır.
Kənd təsərrüfatında aparılan məqsədyönlü işlər nəticəsində bitkiçilikdə əkin sahələri genişləndirilmiş, məhsuldarlıq yüksəlmişdir. Bu mövsümdə taxıl istehsalı 1,3 sentner artaraq 34,1 sentner olmuşdur. Gələn ilin məhsulu üçün 1220 hektar sahədə payız səpini aparılmışdır. Rayonda bu il keçən ildəkindən 2,1 dəfə çox sahədə-- 8 min 550 hektarda pambıq əkilmişdi. İndiyədək 15,3 min ton məhsul yığılmışdır ki, bu da keçən illə müqayisədə 2 dəfə çoxdur.
Meyvə istehsalı 88 ton çoxalaraq 2478 tona, tərəvəz 2444 ton artaraq 20438 tona yüksəlmişdir. Bu il 6226 ton bostan məhsulları yetişdirilmişdir ki, bu da keçən ildəkindən 1707 ton çoxdur. Qarğıdalı tədarükü keçən ilə nisbətən 21,4 dəfə çox--11796 ton olmuşdur. Quşçuluğun yem bazasını yaxşılaşdırmaq üçün ilk dəfə 1402 hektarda soya əkilmiş və hər hektardan 29,1 sentner olmaqla 4 min tondan artıq məhsul tədarük olunmuşdur.
Heyvandarlıqda da artım meyilləri qeydə alınmışdır. İri mal 204 baş artaraq 58 mini ötmüş, xırda heyvanlar 3,6 min baş artaraq 301 minə çatmış, quşların sayı isə 475,9 min baş olmuşdur. Ət istehsalı 6,4 min tona, süd 30 min tona, yun istehsalı 589 tona, yumurta 14,4 milyon ədədə çatmışdır. Rayon ərazisində heç bir yoluxucu xəstəliyə yol verilməmişdir.
Respublikada sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi Beyləqanda da prioritet məsələ kimi daim nəzarətdə saxlanılmışdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 12 layihəyə ayrılan 130 min manat kreditlə yeni iş yerləri yaradılmışdır.
Başçı daha sonra məlumat verdi ki, son illərdə Beyləqan rayonunda aparılan genişmiqyaslı quruculuq-abadlıq tədbirləri bu il də uğurla davam etdirilmişdir. Bir sıra küçələrə yeni asfalt qatı döşənmiş, səkilər təmir edilmişdir. “37 saylı Yol İstismarı” MMC daxili avtomobil yollarında xidmət işlərini davam etdirmiş, 32 kilometr uzunluğunda yol örtüyündə cari təmir aparmış, yol qurğularını və nişanlarını təzələmişdir. Beyləqan-Daşburun avtomobil yolundan Şəfəq qəsəbəsinə gedən 2,5 kilometrlik yolda asfalt-beton qarışığı ilə təmir işləri aparılmışdır. Allahyarlı, Beyləqan-Təzəkənd-Kəbirli avtomobil yolları da hamarlanmış və yararlı hala gətirilmişdir.
Əkinlərin su təminatını yaxşılaşdırmaq məqsədilə Əhmədli, Tatallar, Allahyarlı, Milabad, Birinci Aşıqlı, Qaralılar, Kəbirli, Şəfəq, Əlinəzərli, İkinci Şahsevən, İkinci Aşıqlı, Birinci Şahsevən, Yuxarı Aran, Qəhrəmanlı, İmamverdili, Qaradağlı yaşayış məntəqələrində 485 kilometr suvarma kanalları lildən təmizlənmiş, 149 hidrotexniki qurğu cari təmir edilmiş, bu istiqamətdə işlər davam etdirilir. 38 subartezian quyusunda, 29 nasosda, 22 elektrik avadanlığında carı təmiri həyata keçirmişdir.
Beyləqan elektrik şəbəkəsində 131 transformator cari, 10-u isə əsaslı təmir olunmuşdur. Hava xətlərində 5,2 min metr yararsız naqil təzələnmiş, 120 köhnə dirək yenisi ilə əvəz olunmuşdur.
Sarısu, Milabad, Günəşli və Şəfəq qəsəbələrinə “Sip” kabel xəttləri çəkilmişdir. Örənqala qəsəbəsində 261 dəmir-beton dayaq basdırılmış, 1410 metr kabelləşmə aparılmışdır.
Sukanal İdarəsi, Qaz Xidmət Sahəsi də əhalinin tələbatını ödəmək üçün zəruri xidmət işlərini davam etdirmişdir. Beyləqan şəhəri, 35 kənd və qəsəbə mavi yanacaqla təmin olunur. Əhmədli kəndində 341 və İmamverdili kəndində isə 229 mənzilə xətt çəkilişi və sazlama işlərindən sonra yaxın vaxtlarda təbii qaz veriləcək.
Öyrəndik ki, Telekommunikasiya Qovşağı 208 yeni telefon xətti çəkmiş, 1021 istifadəçini internetə qoşmuşdur. Rabitə və informasiya xidmətlərini yaxşılaşdırılmaq məqsədi ilə Təzəkənd, Birinci Aşıqlı, Şəfəq, Birinci Şahsevən, Mayak, Dünyamalılar kəndlərində cari təmir işləri görülmüşdür. Şərq qəsəbəsində tikinti işləri aparılmış, “Aztelekom” MMC-dən alınmış kabellərlə təmir və genişləndirmə işləri aparılmışdır. Poçt filialı ayrı-ayrı xidmət sahələrini inkişaf etdirərək, müasir informasiya texnologiyalarının tətbiqinə nail olaraq keçən illə müqayisədə 80254 manatlıq çox xidmət göstərmiş, gəlir proqnozunu 134,5 faiz yerinə yetirmişdir.
Humanitar sahələrin də ahəngdar inkişafı təmin edilmişdir. Təhsil Şöbəsi
sahənin qarşısına
qoyulan vəzifələri
yerinə yetirmək üçün məsuliyyət
və təşəbbüskarlıqla
fəaliyyət göstərir.
Hazırda rayonun 54 ümumtəhsil məktəbində
təhsil alan
12 min 745 şagirdin təlim-tərbiyəsi
ilə 1838 nəfər
müəllim məşğul
olur.
Ötən müddətdə rayonun
təhsil müəssisələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində xeyli iş görülmüşdür.
Məzunların ali məktəblərə qəbulunun
nəticələri bu
il də yüksək olmuş, 241 nəfər ali məktəblərə qəbul
olmuşdur. Bünyadlı
kənd tam orta məktəbin məzunu Ramil Abbaszadə 690 bal toplayaraq rayon üzrə ən yüksək nəticə
göstərmişdir. Təhsil Nazirliyinin
göndərdiyi 26 mütəxəssis
rayonun müəllim ehtiyacı olan kənd məktəblərində
işlə təmin olunmuş, onlara əlavə əmək haqqı, həmçinin kommunal xərclər ödənilir.
Mədəniyyət və Turizm Şöbəsi tarixi günlər və dövlət bayramları ilə bağlı silsilə tədbirlər həyata keçirmişdir. Mədəniyyət müəssisələrinin maddi-texniki
bazalarının möhkəmləndirilməsi
sahəsində bir çox məqsədyönlü
işlər görülmüşdür.
Bu il 35 dəfə
cəbhə bölgəsində
və sərhəd zastavasında əsgər
və zabitlər qarşısında konsert
proqramları təşkil
edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsi 13754 nəfərin
təqaüd və müavinətləri üzrə
ödənişləri vaxtında
həyata keçirmişdir. 1798 aztəminatlı ailə üzvü isə sosial yardımdan bəhrələnir. Məşğulluq Mərkəzində 884 nəfər
işaxtaran vətəndaş
qeydiyyata alınmış,
446 nəfər işaxtaran
idarə və müəssisələrdə işlə
təmin edilmişdir.
Beyləqan Rayon Mərkəzi Xəstəxanası
Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq, 65,3 min nəfərin tibbi müayinədən keçməsini təmin etmişdir. Onlardan 72 nəfəri Bakı şəhərinə müalicəyə
göndərilmiş, 9135 nəfər
ambulator müalicə
almış, 482 nəfər
stasionar müalicəyə
cəlb olunmuş, digər xəstələr
müxtəlif xəstəliklərlə
əlaqədar dispanser
qeydiyyatına götürülmüşdür.
Prezidentin göstərişinə əsasən, Beyləqanda
da uşaqların icbari dispanzerizasiyasını
aparmaq üçün
ixtisaslı həkimlərdən
ibarət briqada yaradılmış, tibbi müayinələrdən 9726 uşaq
keçirilmişdir. Mərkəzi
Xəstəxanada,Təzəkənd,
Dünyamalılar sahə
xəstəxanalarında, Əlinəzərli
həkim məntəqəsində
cari təmir işləri aparılmışdır.
Rayonda 31 inzibati
ərazi nümayəndəliyi
və 37 bələdiyyə
fəaliyyət göstərir. İcra nümayəndəlikləri
ilə bələdiyyələrin
birgə hazırladıqları
tədbirlər planına
uyğun olaraq, kəndarası yollar çınqıllanmış, qəbiristanlıqlar abadlaşdırılmış,
məhəllələrə içməli su çəkilmiş, yaşıllaşdırma
işləri görülmüşdür.
Bu istiqamətdə işlər davam etdirilir.
Beyləqan Rayon İcra Hakimiyyətinə
daxil olmuş 1151 yazılı müraciət,
ərizə, şikayət
və təklif vaxtında cavablandırılmış,
vətəndaşların problemlərinin
həllinə kömək
göstərilmişdir. Aparılan
təhlillər göstərir
ki, vətəndaşların
qəbulu, onların müraciətləri ilə
işin düzgün təşkil edilməməsi
səbəbindən Beyləqan
şəhər, Birinci
Şahsevən, Təzəkənd,
Kəbirli, İmamverdili,
Mil, İkinci Şahsevən,
Yuxarı Çəmənli,
Dünyamalılar, Əhmədli,
Örənqala, Şərq,
Birinci Aşıqlı,
Aşıqalılar, Milabad,
Qəhrəmanlı, Eyvazalılar,
Bünyadlı və Şəfəq qəsəbə
inzibati ərazi dairələrindən yuxarı
orqanlara və RİH-ə
daxil olan müraciətlərin sayı
artmışdır.
RİH Başçısının 18 şura iclasında rayonun sosial-iqtisadi inkişafı, abadlıq və mədəni-quruculuq,
əhalinin, qaçqınların
və məcburi köçkünlərin, Qarabağ
müharibəsi iştirakçılarının,
veteranların, əlillərin,
şəhid ailələrinin
sosial müdafiəsi,
vətəndaşların müraciətlərinə
baxılması, ətraf
mühitin mühafizəsi,
torpaqlardan səmərəli
istifadə edilməsi,
gənclərin asudə
vaxtlarının səmərəli
təşkili və hərbi vətənpərvərlik
tərbiyəsi, əhalinin
elektrik enerjisi, içməli su ilə təminatı, kənd təsərrüfatı,
maliyyə, büdcə,
təhsil, mədəniyyət,
tikinti, nəqliyyat, rabitə, kommunal xidmətlər və digər sahələrin fəaliyyəti diqqət mərkəzində olmuşdur.
Göründüyü kimi, Beyləqanda ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf və hərtərəfli yeniləşmə siyasətinin uğurla gerçəkləşdirilməsi yolunda bu il də samballı nailiyyətlər qazanılmışdır. Dövlət başçısının qərar və göstərişlərinin dönmədən həyata keçirilməsi rayonun sosial-iqtisadi göstəricilərinin yüksəlməsi, əhalinin rifahının yaxşılaşması ilə nəticələnmişdir .
Bugünlərdə beyləqanlılar yaxınlaşmaqda olan Yeni ili məhz bu uğurlardan doğan ruh yüksəkliyi və layiqli təntənələrlə qarşılamağa hazırlaşırlar.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2017.- 16
dekabr.- S.9.