“Elmi müəssisələrin
akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 555
Bakı şəhəri, 14 dekabr 2017-ci il
“Elm haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının
1.1.7-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Elmi
müəssisələrin akkreditasiyası qurumu haqqında
Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 14 dekabr
tarixli 555 nömrəli qərarı
ilə
təsdiq edilmişdir.
Elmi
müəssisələrin akkreditasiyası qurumu haqqında
ƏSASNAMƏ
1.
Ümumi müddəalar
1.1. Bu
Əsasnamə “Elm haqqında”
Azərbaycan Respub-likasının 2016-cı il 14 iyun tarixli
271-VQ nömrəli Qanununun 24.4-cü maddəsinə uyğun
olaraq hazırlanmışdır və elmi müəssisələrin
akkreditasiyası qurumunun fəaliyyətinin təşkilati-hüquqi
əsaslarını müəyyən edir.
1.2. Elmi
müəssisələrin akkreditasiyası qurumu Akkreditasiya
Komissiyası (bundan sonra – Komissiya) formasında ictimai əsaslarla
fəaliyyət göstərir.
1.3.
Komissiya Azərbaycan Respublikasında elmi müəssi-sələrin
(təşkilatların) akkreditasiyasını həyata
keçirən kollegial qurumdur.
1.4.
Komissiya öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbay-can
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbay-can Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələri və bu Əsasnaməni rəhbər
tutur.
1.5.
Komissiya müstəqil balansa, müvafiq bank hesablarına
öz adı həkk olunmuş möhürə, müvafiq
ştamplara və blanklara malikdir.
1.6.
Komissiya Bakı şəhərində yerləşir.
2.
Komissiyanin fəaliyyət istiqamətləri
2.1.
Komissiyanın fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1.
akkreditasiya sahəsində qanunvericilik bazasının təkmil-ləşdirilməsində
iştirak edilməsi;
2.1.2. elmi
müəssisələrin akkreditasiyasının qiymətləndirmə
meyarlarının müəyyən edilməsi;
2.1.3.
qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə
fəaliyyət göstərilməsi.
3.
Komissiyanin vəzifələri
3.1. Bu
Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Komissiyanın vəzifələri
aşağıdakılardır:
3.1.1. elmi
müəssisələrin akkreditasiyasını həyata
keçirmək və müvafiq qərar qəbul etmək;
3.1.2.
akkreditasiyadan keçmiş elmi müəssisələrə
şəhadət-namə vermək, akkreditasiyadan keçməmiş
elmi müəssisələrə bu barədə
Komissiyanın qərarının əsli ilə
düzgünlüyünün təsdiq edilmiş surətini
göndərmək;
3.1.3.
öz fəaliyyətinin çevik
və şəffaf həyata keçirilməsi məqsədi
ilə rəsmi internet saytını yaratmaq və onun fasiləsiz
işləməsini təmin etmək;
3.1.4.
akkreditasiya qaydalarının, akkreditasiyadan keçmək
üçün tələb olunan sənədlərin elektron
nüsxələrinin və digər zəruri məlumatların
internet saytında yerləşdirilməsini təmin etmək;
3.1.5.
akkreditasiyadan keçmək istəyən elmi müəssisələrin
səlahiyyətli nümayəndələrinin müraciətlərinə
müəyyən edilmiş qaydada və müddətdə
baxılmasını təmin etmək;
3.1.6.
akkreditasiya sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi
və beynəlxalq tələblərə
uyğunlaşdırılması ilə bağlı təkliflər
vermək;
3.1.7.
akkreditasiya sahəsində beynəlxalq əməkdaşlıq
haqqında sazişlərin bağlanılmasında iştirak
etmək.
4.
Komissiyanın hüquqları
4.1.
Komissiya aşağıdakı hüquqlara malikdir:
4.1.1. elmi
müəssisələrin akkreditasiyası sahəsində
qanun-vericiliyin təkmilləşdirilməsi istiqamətində
təkliflər hazırlamaq;
4.1.2.
öz fəaliyyətindən irəli gələn məsələlərin
həlli məqsədi ilə dövlət və yerli
özünüidarəetmə orqanlarına, fiziki və
hüquqi şəxslərə müvafiq məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan məlumatlar almaq;
4.1.3.
qanunvericiliklə müəyyən olunmuş qaydada akkreditasiya
sahəsində beynəlxalq və regional təşkilatlarla,
xarici dövlətlərin müvafiq dövlət orqanları
(qurumları) ilə əməkdaşlıq etmək, xarici
dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək
və tətbiq etmək;
4.1.4. fəaliyyətinin
beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində
tədbirlər görmək;
4.1.5. elmi
müəssisələrin
akkreditasiyası sahəsində analitik materiallar
hazırlamaq, rəy vermək, təhlillər, ümumiləşdirmələr,
tədqiqatlar aparmaq, təkliflər vermək;
4.1.6.
Komissiyanın tərkibi və fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı təkliflər hazırlamaq;
4.1.7. elmi
müəssisələrin akkreditasiyası məsələlərinə
dair seminar, konfrans və digər tədbirlər təşkil
etmək;
4.1.8. fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
5.
Komissiyanın fəaliyyətinin təşkili
5.1. Komissiyanın
Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan
Pespublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və digər dövlət orqanlarının nümayəndələri
daxil olmaqla 9 nəfərdən ibarət tərkibi Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilir.
5.2.
Komissiyanın üzvləri Komissiyanın işində ictimai əsaslarla
fəaliyyət göstərirlər.
5.3.
Komissyanın sədri:
5.3.1.
Komissiyanın işini təşkil edir və ona rəhbərliyi
həyata keçirir;
5.3.2.
Komissiyanın qəbul etdiyi qərarları imzalayır və
onların icrasını təmin edir;
5.3.3.
Komissiyanı təmsil edir;
5.3.4.
Komissiyanın fəaliyyəti barədə Azərbaycan
Respub-likasının Nazirlər Kabinetinə mütəmadi
olaraq hesabat verilir;
5.3.5.
qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri
həyata keçirir.
5.4.
Komissiyanın cari fəaliyyətinə rəhbərlik məsul
katib tərəfindən həyata keçirilir.
5.5.
Komissiyanın məsul katibi:
5.5.1.
Komissiyanın iclaslarının hazırlanmasını və
keçirilməsini təşkil edir;
5.5.2. Komissiyada
baxılacaq sənəd və materiallarla Komissiya üzvlərinin
vaxtında tanış olmasını təmin edir;
5.5.3.
Komissiyanın iclaslarının protokollarını rəsmiləşdirir.
5.6.
Komissiyanın üzvləri:
5.6.1.
Komissiyanın iclaslarında və fəaliyyətində
iştirak edirlər;
5.6.2.
Komissiyanın iclasına təqdim edilmiş bütün
materiallarla əvvəlcədən tanış olurlar;
5.6.3.
Komissiyanın protokolları, qərarları və digər sənədləri
ilə tanış olurlar.
5.7.
Komissiyanın nəzdində işçi qrupları
yaradılır. İşçi qrupları daxil olan sənədləri
təhlil edir və qiymətləndirir.
5.8.
Komissiyanın iclasları ən azı ayda bir dəfə keçirilir.
Komissiyanın üzvləri bir həftə əvvəl
iclasın keçirilməsi vaxtı barədə məsul
katib tərəfindən məlumatlandırılırlar.
5.9. Komissiya üzvlərinin üçdə ikisi iştirak etdikdə qərar qəbul etmək səlahiyyətinə malikdir.
5.10. Komissiyanın qərarları Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur.
5.11. Komissiya elmi müəssisələrin fəaliyyətinin “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci mad-dəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu müəyyən edir və müvafiq qərar qəbul edir.
Xalq qəzeti.- 2017.- 16 dekabr.- S.8.