“Məlumat
toplularının rəsmi qeydiyyata
alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna
hüquqların tam və ya
qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli
156 nömrəli,qərarında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 557
Bakı şəhəri, 15 dekabr
2017-ci il
“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliy-yətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 785; 2009, ¹ 2, maddə 151; 2010, ¹ 2, maddə 151; 2013, ¹ 5, maddə 582) ilə təsdiq edilmiş “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.6-cı bəndin birinci abzasında “nümunəsi Agentlik tərəfindən təsdiqlənmiş ərizə formasını” sözləri “Agentlik tərəfindən müəyyən edilmiş formaya uyğun ərizəni” sözləri ilə əvəz edilsin.
2. 5-ci hissənin “Qeydlər”inin ikinci abzası ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
16 dekabr.- S.8.