“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və
strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 25 iyun tarixli 201 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 563
Bakı şəhəri,
15 dekabr 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin
və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
25 iyun tarixli 201 nömrəli qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 6, maddə 754; 2016, ¹ 3, maddə 583) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə
- “Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4.4-cü bəndində
“1 770 950 768,02 (bir milyard
yeddi yüz yetmiş milyon doqquz yüz əlli min yeddi yüz altmış səkkiz manat iki qəpik)” və “125 244 043 (yüz iyrmi beş milyon iki yüz
qırx dörd min qırx üç)” rəqəmləri və sözləri müvafiq olaraq “2 580 638 397,20 (iki milyard beş yüz səksən milyon altı yüz otuz səkkiz
min üç yüz
doxsan yeddi manat iyirmi qəpik)”
və “182 506 251 (yüz
səksən iki milyon beş yüz altı min iki yüz əlli
bir)” rəqəmləri
və sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla
təsdiq edilmiş 2 nömrəli əlavə
- “Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”
aşağıdakı redaksiyada
verilsin:
“1. “Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyətinin Aparatı.
2. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində
olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar:
2.1. Hərəkət Xidməti;
2.2. Yol Xidməti;
2.3. Tunel Qurğuları Xidməti;
2.4. Elektrik Təchizatı Xidməti;
2.5. İşarəvermə və
Rabitə Xidməti;
2.6. Elektromexanika Xidməti;
2.7. Əsaslı Təmir Xidməti;
2.8. Depolar üzrə İş Departamenti;
2.9. Birləşmiş emalatxanalar;
2.10. Diaqnostika və Metroloji Təminat Mərkəzi;
2.11. Eskalator Xidməti;
2.12. Nəqliyyat və Xüsusi Texnika Departamenti;
2.13. Tikinti Departamenti;
2.14. Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Depar-tamenti;
2.15. Mühafizə və Yanğın Təhlükəsizliyi
Xidməti;
2.16. Yaşıllaşdırma və
Vaqonların Təmizlik
Təsərrüfatı Xidməti;
2.17. İnformasiya və Kommunikasiya Texnologiyaları
Xidməti;
2.18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Sağ-lamlıq
Mərkəzi;
2.19. Vaqonların Əsaslı
Təmir Xidməti.”.
3. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi, Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi,
Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatası
və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll
etsinlər.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 20
dekabr.- S.9.