“Azərbaycan Respublikasının şəhər
və qəsəbələrinin
yaşıllıq ərazilərinin
(ağac, kol, gül-çiçək və
ot bitkiləri ilə əhatə olunan torpaq sahələri
ayrı-ayrılıqda göstərilməklə)
sərhədlərinin qrafik
təsvirini (müvafiq
döngə nöqtələri
və onların koordinatları) əks etdirən xəritələrin
kağız üzərində
və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş
elektron imzalı)” təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 566
Bakı şəhəri,
18 dekabr 2017-ci il
“Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların
mühafizəsi və
sürüşmə zonalarında
təhlükəsizliyin təmin
olunması sahəsində
əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 1 dekabr tarixli 1136 nömrəli Fərmanının 1-ci hissəsinin
icrası və Azərbaycan Respublikasının
şəhərlərində və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrində tikinti
aparılması üçün
yararlı olan torpaq sahələrinin müəyyən edilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Azərbaycan Respublikasının
şəhər və
qəsəbələrinin yaşıllıq
ərazilərinin (ağac,
kol, gül-çiçək
və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə)
sərhədlərinin qrafik
təsvirini (müvafiq
döngə nöqtələri
və onların koordinatları) əks etdirən xəritələr
kağız üzərində
və elektron formada (ArcGİS proqra mında mdb formatda, gücləndirilmiş
elektron imzalı)” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
20 dekabr.- S.9.