“Azərbaycan
Respublikasında dövlət büdcəsindən maliyyələşən
idarə, müəssisə və təşkilatlarda nəqliyyat
vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 559
Bakı şəhəri, 15 dekabr
2017-ci il
“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 747; 2012, ¹ 8, maddələr 827, 830; 2013, ¹ 3, maddə 347, ¹ 7, maddə 886, ¹ 8, maddə 1017, ¹ 10, maddə 1218; 2014, ¹ 1, maddələr 51, 69, ¹ 2, maddə 201, ¹ 4, maddə 441, ¹ 5, maddələr 572, 594, ¹ 6, maddə 747, ¹ 8, maddə 1015, ¹ 12, maddələr 1658, 1666; 2015, ¹ 2, maddə 227, ¹ 11, maddə 1417; 2016, ¹ 3, maddə 609, ¹ 4, maddə 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1353, ¹ 8, maddə 1437, ¹ 9, maddələr 1585, 1589, ¹ 12, maddə 2241; 2017, ¹ 5, maddə 966, ¹ 10, maddələr 1890, 1919; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 noyabr tarixli 504 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 30-cu hissəsi ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
21 dekabr.- S.6.