“Beynəlxalq
standart eyniləşdirmə nömrələrinin
verilməsi Qaydaları”nın və “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin
verilməsinə görə haqqın məbləği”nin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
14 mart tarixli 44
nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 560
Bakı şəhəri,
15 dekabr 2017-ci il
“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
14 mart tarixli 44 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 3, maddə
337) ilə təsdiq edilmiş 1 nömrəli əlavə
- “Beynəlxalq standart
eyniləşdirmə nömrələrinin
verilməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
2.4-cü bənddə “Agentliyin
tabeliyində olan və tabeliyində olmayan qurumlarda yaradılan milli” sözləri “Milli” sözü ilə əvəz edilsin.
2. 2.10-cu bənddən “və ya onun strukturuna
daxil olmayan tabeliyindəki qurumlar” sözləri və “büdcədənkənar xüsusi
vəsaitləri” sözləri
çıxarılsın.
3. Qaydalara əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrəsinin
verilməsi haqqında
ərizə”yə “Agentliyinin”
sözündən sonra
“İdarə Heyətinin”
sözləri əlavə
edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
21 dekabr.- S.6.