“Azərbaycan Respublikasının Müəllif
Hüquqları Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının
icrası ilə əlaqədar Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarının və
onların struktur elementlərinin ləğv
edilməsi barədəAzərbaycan
Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 562
Bakı şəhəri,
15 dekabr 2017-ci il
“Azərbaycan Respublikasının Müəllif
Hüquqları Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının
3.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası
Müəllif Hüquqları
Agentliyi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1993-cü il 10 sentyabr tarixli 488 nömrəli qərarı
ləğv edilsin.
2. “Azərbaycan Respublikası
Müəllif Hüquqları
Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 yanvar tarixli 1 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 1, maddə 25) ləğv
edilsin.
3. “Azərbaycan Respublikası
Müəllif Hüquqları
Agentliyinin kollegiyasının
tərkibi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 17 aprel tarixli 84 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 4, maddə
394; 2016, ¹ 9, maddə 1572) 1-ci hissəsi ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
21 dekabr.- S.6.