“Məktəbəqədər
təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il
2 oktyabr tarixli 218 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 568
Bakı şəhəri,
20 dekabr 2017-ci il
“Məktəbəqədər təhsil
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 19
iyun tarixli 1471 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 10, maddə 1000; 2017, ¹ 4, maddə 613) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil
müəssisəsinin Nümunəvi
Nizamnaməsi”ndə aşağıdakı
dəyişikliklər edilsin.
1.
1.3-cü bənddə “Təhsil
haqqında” Azərbaycan
Respublikasının Qanunu,”
sözləri “Təhsil
haqqında”, “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının
qanunları” sözləri
ilə əvəz edilsin.
2.
3.6-cı və 3.15-ci bəndlər
aşağıdakı redaksiyada
verilsin:
“3.6. Dövlət məktəbəqədər
təhsil müəssisəsinə,
ilk növbədə, şəhid
ailələrinin, Qarabağ
müharibəsi iştirakçılarının
və əlillərinin,
tək işləyən
valideynlərin, I və
II qrup əlillərin,
hərbi xidmətdə
olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı
ailələrdən olan
uşaqlar, qəyyumluqda
olan uşaqlar qəbul edilirlər.
3.15. Məktəbəqədər
təhsil müəssisəsində
təhsilverənlər qanunvericiliklə
müəyyən edilmiş
qaydada ildə bir dəfə dövlət hesabına, digər işçilər
isə ən azı ildə 2 dəfə təsisçinin
hesabına tibbi müayinədən keçirlər.”.
3. 4.1-ci bəndin ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
“Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını
inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil
digər dillərdə
də aparıla bilər.”.
4. 4.2-ci bənddə “proqram” sözü “təhsil proqramı” sözləri ilə, 4.3-cü bənddə
isə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilsin.
5. 5.1-ci,
5.3-cü, 5.6-cı bəndlər aşağıdakı redaksiyada
verilsin:
“5.1. Məktəbəqədər təhsil
prosesinin iştirakçıları
aşağıdakılardır:
5.1.1. təsisçilər;
5.1.2. təhsilalanlar;
5.1.3. təhsil müəssisəsinin
rəhbəri;
5.1.4. təhsilverənlər (pedaqoji işçilər)
– tərbiyəçi-müəllimlər,
metodistlər, defektoloqlar,
loqopedlər, musiqi rəhbərləri, psixoloqlar;
5.1.5. digər işçilər
– işçi heyəti:
tibb işçiləri,
texniki işçilər,
dayələr;
5.1.6. valideynlər və ya digər
qanuni nümayəndələr;
5.1.7. təhsili idarəetmə
orqanları və bələdiyyələr;
5.1.8. məktəbəqədər
təhsil müəssisəsi
ilə bilavasitə təhsil sahəsində əməkdaşlıq edən
digər fiziki və hüquqi şəxslər.
5.3. Təhsilalanların hüquqları
aşağıdakılardır:
5.3.1. həyat və
sağlamlıq üçün
təhlükəsiz şəraitdə,
mənəvi-psixoloji cəhətdən
sağlam pedaqoji mühitdə dövlət
təhsil standartlarına
uyğun keyfiyyətli
təhsil almaq;
5.3.2. şəxsiyyətin alçaldılmasına, mənəvi
və psixoloji duruma və sağlamlığa zərər
vuran hərəkətlərin
bütün formalarından,
fiziki və psixoloji zorakılıq hallarından müdafiə
olunmaq;
5.3.3. uşaqların sağlamlığına, mənəvi
və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə
olunmaq;
5.3.4. ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə
görə tibbi müayinə xidmətlərindən
yararlanmaq, çatışmazlıqların
(nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin
zəifliyi) korreksiya edilməsi üçün
psixoloji-tibbi-pedaqoji yardım
almaq;
5.3.5. müəyyən olunmuş normativlərə
uyğun, keyfiyyətli
qida ilə təmin edilmək;
5.3.6. asudə vaxtının
və istirahətinin səmərəli təşkili,
meyil və maraqlarının reallaşması
və yaradıcılıq
imkanlarının inkişafı
üçün münasib
şəraitlə təmin
olunmaq.
5.6. Təhsilverənlərin vəzifələri
aşağıdakılardır:
5.6.1. məktəbəqədər
təhsil sahəsində
dövlət siyasətinin
həyata keçirilməsində
iştirak etmək;
5.6.2. ixtisasını artırmaq, peşəkarlıq
səviyyəsini yüksəltmək
və attestasiyadan keçmək;
5.6.3. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri
bilik və həyati bacarıqlara yiyələnməsini təmin
etmək;
5.6.4. məktəbəqədər
təhsil müəssisəsinin
daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində
nəzərdə tutulan
vəzifə funksiyalarını
yerinə yetirmək;
5.6.5. təhsilalanları Azərbaycan xalqının
dilinə, adət və ənənələrinə,
mənəvi dəyərlərə,
dövlət rəmzlərinə
hörmət, azərbaycançılıq,
vətənpərvərlik ruhunda tərbiyə etmək;
5.6.6. uşaqların şərəf və ləyaqətinə hörmət
etmək, pedaqoji etika və əxlaq
normalarına riayət
etmək, təhsil işçisi adını
yüksək tutmaq, ziyalılıq nümunəsi
göstərmək;
5.6.7. uşaqların təhlükəsizliyinin və
sağlamlığının qorunmasında bilavasitə
iştirak etmək, onları fiziki və psixi zorakılığın
bütün formalarından
qorumaq;
5.6.8. uşaqların təlim-tərbiyəsi və
inkişafı ilə
bağlı valideynlərlə
əməkdaşlıq etmək;
5.6.9. təhsilalanları müəyyən edilmiş
təhsil standartları
əsasında məktəb
təliminə hazırlamaq;
5.6.10. qanunvericiliklə müəyyən edilmiş
qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək.”.
6.
5.5.1-ci, 5.5.2-ci, 5.5.6-cı və 5.5.9-cu yarımbəndlər aşağıdakı
redaksiyada verilsin:
“5.5.1. təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq;
5.5.2. təhsil prosesinin
təşkili və idarə olunmasında, təhsil layihələrində
iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı təkliflər irəli sürmək;
5.5.6. təhsil prosesində
tətbiq olunan forma, metod və vasitələri
sərbəst seçmək;
5.5.9. mükafatlandırılmaq və təltif olunmaq.”.
7.
5.4-cü bənd ləğv
edilsin.
8.
5.7.1-ci, 5.7.2-ci, 5.8.1-ci, 5.8.2-ci yarımbəndlərdən
“və ya himayəsində” sözləri
çıxarılsın.
9. 6.7-ci,
7.1-ci və 7.4-cü bəndlər
aşağıdakı redaksiyada
verilsin:
“6.7. Dövlət məktəbəqədər
təhsil müəssisəsinin
ali idarəetmə
orqanı ictimai əsaslarla fəaliyyət
göstərən pedaqoji
şuradır.
Bələdiyyə və özəl
məktəbəqədər təhsil müəssisələrində
ali idarəetmə orqanı həmin təhsil müəssisələrinin
nizamnaməsi ilə müəyyən olunur.;
7.1. Mülkiyyət növündən
və təşkilati-hüquqi
formasından asılı
olaraq, məktəbəqədər
təhsil müəssisəsi
“Məktəbəqədər təhsil haqqında” Qanunun 22-ci maddəsinə
əsasən maliyyələşdirilir.
7.4. Məktəbəqədər təhsil
müəssisəsinin digər
maliyyə mənbələri
hesabına əldə
etdiyi vəsaitlər bilavasitə müəssisənin
maddi-texniki bazasının
inkişafına, istedadı
ilə fərqlənən
uşaqların rəğbətləndirilməsinə
və işçilərin
sosial müdafiəsinə
yönəldilir.”.
10. 6.1-ci bəndə “Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun,” sözlərindən
sonra “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun,” sözləri
əlavə edilsin.
11. 8.1-ci və 8.2-ci bəndlər aşağıdakı redaksiyada
verilsin:
“8.1. Dövlət və
bələdiyyə məktəbəqədər
təhsil müəssisəsi
“Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq yaradılır.
8.2. Özəl məktəbəqədər
təhsil müəssisəsinin
yaradılması, yenidən
təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki
Məcəlləsi ilə
tənzimlənir.”.
12.
8.3-cü-8.6-cı bəndlər ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
23 dekabr.- S.9.