“Ailə tipli kiçik qrup evinin Nümunəvi
Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 570
Bakı şəhəri, 20 dekabr
2017-ci il
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1006; 2017, ¹ 4, maddə 630) ilə təsdiq edilmiş “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bəndə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu,” sözlərindən sonra “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu,” sözləri əlavə edilsin.
2. 3.1.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.5-ci yarımbənd əlavə edilsin:
“3.1.5. məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-2017.- 23 dekabr.-
S.9.