Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 571

Bakı şəhəri, 20 dekabr 2017-ci il

 

 

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 315; 2005, ¹ 3, maddə 255; 2007, ¹ 2, maddə 185; 2009, ¹ 10, maddə 857; 2017, ¹ 4, maddə 629; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 448 nömrəli qərarı) ilə təsdiq edilmişXüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin 5-ci hissəsində “Azərbaycan Respublikasının Təhsil Qanunu” sözləri “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 23 dekabr.- S.9.