Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamna­məsi”­nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 573

Bakı şəhəri, 20 dekabr 2017-ci il

 

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 6, maddə 771; 2017, ¹ 4, maddə 617) ilə təsdiq edilmişUşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bəndə “Təhsil haqqında,” sözlərindən sonra “Məktəbəqədər təhsil haqqında,” sözləri əlavə edilsin.

2. 4.1.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.5-ci yarımbənd əlavə edilsin:

“4.1.5. məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 23 dekabr.- S.9.