“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 574

Bakı şəhəri, 21 dekabr 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 69; 2002, ¹ 2, maddə 112, ¹ 10, maddə 647; 2005, ¹ 1, maddə 58, ¹ 11, maddə 1069; 2013, ¹ 7, maddə 870; 2014, ¹ 1, maddə 64, ¹ 2, maddə 196; 2015, ¹ 1, maddə 69; 2016, ¹ 8, maddə 1444; 2017, ¹ 7, maddə 1489, ¹ 8, maddələr 1614, 1620) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”i yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 23 dekabr.- S.9.