“Yerləşmə
vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün
nəzərdə tutulmuş
digər tikinti obyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 575
Bakı şəhəri,
21 dekabr 2017-ci il
“Azərbaycan Respublikasının
Mənzil Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
25 aprel tarixli 632-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 30
may tarixli 1437 nömrəli
Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Yerləşmə vasitələri
hesab edilən mehmanxana tipli obyekt-lərin və müvəqqəti yaşayış
üçün nəzərdə
tutulmuş digər tikinti obyektlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni
ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2017-ci il 21 dekabr
tarixli 575 nömrəli
qərarı ilə
təsdiq edilmişdir.
Yerləşmə vasitələri hesab
edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün
nəzərdə tutulmuş
digər tikinti obyektlərinin
Siyahısı
Sıra
¹-si
Yerləşmə vasitələrinin növləri
1.Mehmanxanalar və motellər
2.Sanatoriyalar
3.Pansionatlar
4.Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri
5.İstirahət
evləri
6.İstirahət
bazaları
7.İstirahət
mərkəzləri
8.Qonaq evləri
9.Sağlamlıq düşərgələri
10.İdman
düşərgələri
11.Ovçu (balıqçı)
evləri
12.Turist bazaları
13.Turist evləri
14Kempinqlər
15.Yaşayış evləri
(villalar, koteclər, bağ evləri və s.)
16.Çoxmənzilli
binalarda mənzillər
(otaqlar)
17.Hostellər
18.Dağ sığınacaqları
19.Uşaq sağlamlıq düşərgələri
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
Xalq qəzeti.- 2017.-
24 dekabr.- S.13.