Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 6 noyabr tarixli 356 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 577
Bakı şəhəri,
21 dekabr 2017-ci il
“Mənəvi Dəyərlərin
Təbliği Fondunun yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 10
oktyabr tarixli 1624 nömrəli Fərmanının
5.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 6 noyabr tarixli 356 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 11, maddə 1420) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “l. Təsərrüfathesablı
təşkilatlar” bölməsinə
aşağıdakı məzmunda
2-ci hissə əlavə
edilsin:
“2. Mənəvi Dəyərlərin
Təbliği Fondu.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
24 dekabr.- S.13.