“Uyğunluğun
qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında”
Azərbaycan Respublikasının
2014-cü il 30 may tarixli
965-IVQ nömrəli Qanununun
tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 582
Bakı şəhəri,
21 dekabr 2017-ci il
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Açıq
hökumətin təşviqinə dair 2016-2018-ci illər
üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü
bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 7, maddə 884) ilə təsdiq edilmiş 6 nömrəli
əlavə - “Xarici ölkənin uyğunluğu qiymətləndirən
qurumunun Azərbaycan Respublikasının ərazisində
uyğunluğu qiymətləndirmə fəaliyyətini
razılaşdırma Qaydası”nın 2.2.3-cü yarımbəndindən
“notarial qaydada təsdiq olunmuş” sözləri
çıxarılsın.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
24 dekabr.- S.13.