Beynəlxalq standartlara uyğun xarici borc beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli 118 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 583

Bakı şəhəri, 21 dekabr 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Beynəlxalq standartlara uyğun xarici borc beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respub-likası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli 118 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹4, maddə 481; 2016, ¹8, maddə 1449) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarın 1-ci hissəsi ilə təsdiq edilmişBeynəlxalq metodologiyaya uyğun olaraq ölkənin icmal xarici borcu beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi yayılması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu mərkəzi icra hakimiyyəti orqanları arasında vəzifə bölgüsü”ndə “1.1.1.1.” rəqəmləri “1.” rəqəmi ilə əvəz edilsin.

2. Həmin qərarın 2-ci hissəsi ilə təsdiq edilmişBeynəlxalq standartlara uyğun xarici borc statistikası beynəlxalq investisiyalar balansına daxil olan göstəricilərin siyahısı strukturuyeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

3. 6-cı hissə ləğv edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 24 dekabr.- S.13.