Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli
76 nömrəli qərarı ilə təsdiq edilmiş
“Orta ixtisas təhsili
pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 586
Bakı şəhəri, 21 dekabr
2017-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1633 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2010, ¹ 4, maddə 366; 2012, ¹ 10, maddə 1003; 2013, ¹ 10, maddə 1217) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın 7.5-ci bəndinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Azərbaycan Respublika-sının Nazirlər Kabineti, təhsilalanların attestasiyasının aparılması qaydası isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 24
dekabr.- S.13.