Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə təsdiq
edilmiş “İlk
peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 591
Bakı şəhəri, 21 dekabr
2017-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1633 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 12, maddə 1649; 2016, ¹ 10, maddə 1716, ¹ 11, maddə 1966, ¹ 12, maddə 2222; 2017, ¹ 4, maddə 614) ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 6.14-cü bənd aşağıdakı redaksiyada verilsin:
“6.14. Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.”.
2. 12.1-ci bəndin ikinci cümləsində “təhsilalanların biliyinin qiymətləndirilməsi qaydaları” sözləri “ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla, təhsilalanların attestasiyasının aparılması qaydası” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 24
dekabr.- S.13.