“Məktəbəqədər
təhsil müəssisələrinin və uşaq
evlərinin pedaqoji şuraları
haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 9 avqust tarixli 178 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 569
Bakı şəhəri, 20 dekabr
2017-ci il
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 9 avqust tarixli 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 8, maddə 826) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə”nin 2.1.1-ci yarımbəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş” sözləri “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 27
dekabr.- S.6.