“Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin Nizamnaməsinin
və strukturunun təsdiq
edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli
50 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 596
Bakı şəhəri, 25 dekabr
2017-ci il
“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 257; 2006, ¹ 1, maddə 59; 2007, ¹ 9, maddə 922; 2009, ¹ 10, maddə 846; 2010, ¹ 11, maddə 1039; 2011, ¹ 5, maddə 442; 2013, ¹ 6, maddə 760; 2015, ¹ 9, maddə 1074, ¹ 12, maddə 1595; 2016, ¹ 3, maddə 612, ¹ 6, maddə 1225, ¹ 10, maddə 1728; 2017, ¹ 9, maddə 1746) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.3.31-1-ci yarımbənd əlavə edilsin:
“3.3.31-1. qanunvericiliklə müəyyən edilmiş qaydada respublika, su hövzələri və inzibati-ərazi vahidləri üzrə su təsərrüfatı balanslarını tərtib edir;”.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 27
dekabr.- S.6.