“Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi və “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın Nümunəvi Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 155 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 597

Bakı şəhəri, 25 dekabr 2017-ci il

 

Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 795-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3302 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi və “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın Nümunəvi Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 155 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 764, ¹ 11, maddə 1032) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 6-cı hissədə “qeydiyyatasözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmişİpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın Nümunəvi Forması”nın adında “qeydiyyatasözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 27 dekabr.- S.6.