Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
13 fevral tarixli 44 nömrəli qərarı
ilə təsdiq edilmiş “İpoteka kağızının
dövlət qeydiyyatı
Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 601
Bakı şəhəri,
26 dekabr 2017-ci il
“İpoteka haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 17 oktyabr tarixli
3301 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
13 fevral tarixli 44 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 2, maddə 192, ¹ 5, maddə
461; 2008, ¹ 1, maddə 39; 2009, ¹ 1, maddə 22; 2016, ¹ 3, maddə
614, ¹ 8, maddə 1449, ¹ 10, maddə
1717) ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət
qeydiyyatı Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.4-cü bənddə “qeydiyyata”
sözü “dövlət
qeydiyyatına” sözləri
ilə əvəz edilsin.
2. III hissənin adında, 3.1-ci
bəndin birinci və ikinci cümlələrində, 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərdə,
3.2-ci bəndin birinci cümləsində, 3.3-cü və
3.4-cü bəndlərdə ismin müvafiq hallarında “əlavə qeydiyyat” sözləri ismin müvafiq hallarında “əlavə dövlət qeydiyyatı”
sözləri ilə əvəz edilsin.
3. 3.2-ci bəndin birinci cümləsində və
3.3-cü bənddə “qeydə
alındığı” sözləri
“dövlət qeydiyyatına
alındığı” sözləri
ilə əvəz edilsin.
4.
3.4-cü bəndə “kağızının”
sözündən sonra
“dövlət” sözü
əlavə edilsin.
5. 5.2-ci bənddə “Qeydiyyata” sözü “Dövlət qeydiyyatına” sözləri
ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
28 dekabr.- S.4.