Birlik həmişə qələbənin
rəhnidir
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününü böyük qürur və fəxarət
hissi ilə qeyd edirik. Adətən, bayramlarda insanlar öz doğmalarını,
yaxınlarını və dostlarını təbrik edərlər.
Digər bayramlarla müqayisədə 31 Dekabr –Dünya Azərbaycanlılarının
Həmrəliyi Günü isə daha geniş bir miqyasda qeyd edilir. Biz
üzümüzü dünyaya səpələnmiş
soydaşlarımıza tutaraq onları təbrik edirik.
Həqiqətən də, bu günü ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən bir bəyanatı kimi qiymətləndirmək lazımdır. Birlik həmişə qələbənin rəhnidir. Bu bayram dünyanın 70-dən artıq ölkəsində yaşayan hər bir azərbaycanlının həmrəylik günüdür.
Hazırda azərbaycanlıların ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. İndi biz dünya azərbaycanlılarının hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Soydaşlarımızın vətənpərvərlik, milli kökə bağlılıq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün zəruri tədbirlər görülür. Bu gün Azərbaycan müstəqil dövlət kimi öz yolunda inamla addımlayır. Ökəmizdə sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunub. Bundan başqa, qürur hissi ilə deyə bilərik ki, təşəbbüskarı olduğumuz beynəlxalq layihələrin həyata keçirilməsində də yüksək nailiyyətlər əldə etmişik. Bütün bu uğurlar respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Sadalanan nailiyyətlərin əsasında isə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Əziz həmvətənlər, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər birinizə ən xoş arzularımı çatdırıram. Dövlətimiz və Vətənimiz naminə daim həmrəy olmağımızı diləyirəm. Bu gün müstəqil Azərbaycan güclü dövlət kimi dünyanın diqqət mərkəzindədir. Bizim də vəzifəmiz qüdrətli dövlətimizin daha da çiçəklənməsi və inkişaf etməsinə öz birliyimizlə töhfə verməkdir. Bir daha hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, uğurlar arzulayıram. 2018-ci il sülh, əmin-amanlıq ili olsun!
Nizami
CƏFƏROV,
Milli Məclisin deputatı,
akademik
Xalq qəzeti.- 2017.- 31 dekabr.- S.2.