“Uşaqlar üçün
valideynlərinin aliment tutulan,
manat və xarici valyuta ilə aldıqları əmək
haqqının və (və ya) başqa gəlirlərinin növlərinin
müəyyən edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli
98 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 604
Bakı şəhəri, 28 dekabr
2017-ci il
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 5, maddə 348; 2004, ¹ 9, maddə 747; 2005, ¹ 12, maddə 1244; 2006, ¹ 9, maddə 819; 2007, ¹ 2, maddə 185; 2008, ¹ 8, maddə 780; 2009, ¹ 10, maddə 857; 2017, ¹ 9, maddə 1739) ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 1.2-ci bəndinin yeddinci abzasında “işsizlik müavinətindən” sözləri “işsizlikdən sığorta ödənişindən” sözləri ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 30 dekabr.- S.4.