Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 605

 Bakı şəhəri, 28 dekabr 2017-ci il

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli  Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan ­Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 321; 2008, ¹ 2, maddə 130; 2011, ¹ 2, maddə 157, ¹ 5, maddə 449) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bəndə “işaxtaran” sözündən sonra “və ya işsiz” sözləri əlavə edilsin;

1.2. 2.7-ci bənd üzrə:

1.2.1. birinci hissənin ikinci cümləsində “işsizlik müavinəti (təqaüd)” sözləri “işsizlikdən sığorta ödənişi” sözləri ilə əvəz edilsin;

1.2.2. ikinci hissəyə “Əmək qanunvericiliyi” sözlərindən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilsin və həmin hissədən “, habelə işsizlik müavinəti almaq hüququ” sözləri çıxarılsın;

1.3. 3.1-ci bənddə “dövlət büdcəsinin vəsaitinin cəlb edilməsi” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr” sözləri ilə əvəz edilsin;

1.4. 3.2-ci bənd ləğv edilsin;

1.5. 3.3-cü bənddə “İctimai işlərin görülməsi üçün dövlət büdcəsinin vəsaitinin cəlb edildiyi hallarda” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr hesabına” sözləri ilə əvəz edilsin;

1.6. Qaydalara əlavə - “Ərazi məşğulluq proqramına uyğun ______rayonu (şəhəri) üzrə görülmüş haqqı ödənilən ictimai işlər barədə aylıq arayış”ın cədvəlində “Ümumi işin həcmində dotasiyanın ödənilən hissəsi” sütunu ləğv edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının  Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 dekabr.- S.4.