İşsizlik müavinətinin peşə hazırlığı, yenidən hazırlıq ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 606                                                                          

Bakı şəhəri, 28 dekabr 2017-ci il

 

İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “İşsizlik müavinətinin peşə hazırlığı, yenidən hazırlıq ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 6, maddə 501; 2005, ¹ 12, maddə 1223; 2008, ¹ 10, maddə 938; 2011, ¹ 5, maddə 449;

2016, ¹ 2 (II kitab), maddə 374) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədənİşsizlik müavinətinin minimum məbləği 75 (yetmiş beş) manat sözləri çıxarılsın;

1.2. 2-ci hissədəİşsizlik müavinətinin peşəsözləriPeşəsözü ilə əvəz edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının  Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 dekabr.- S.4.