“Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların təyin olunması üçün təqdim
edilən sənədlərin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 607
Bakı şəhəri,
28 dekabr 2017-ci il
“İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli
1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1225; 2016, ¹7, maddə 1343,
¹11, maddə 1977) ilə təsdiq edilmiş “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1.1-ci
bənddən “və işsizlik müavinəti” sözləri
çıxarılsın;
1.2. 1.2-ci
bənd ləğv edilsin.
2. Bu qərar
2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 30
dekabr.- S.4.