İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 608

 

Bakı şəhəri,  28 dekabr 2017-ci il

 

Azərbaycan Respublikası PrezidentininAzərbaycan Respub-likasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 675-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 13 iyun tarixli 2980 nömrəli Sərəncamının 1.2-ci bəndinin İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “İşsizlik müavinətinin hesablanması ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 90; 2011, ¹ 5, maddə 449; 2017, ¹ 4, maddə 620, ¹ 5, maddə 999) ləğv edilsin.

2. “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 76 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 313; 2004, ¹ 9, maddə 750; 2008, ¹ 2, maddə 130; 2011, ¹ 2, maddə 157, ¹ 5, maddə 449; 2012, ¹ 2, maddə 179; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 7, maddə 1339, ¹ 11, maddə 1976; 2017, ¹ 3, maddə 500) ləğv edilsin.

3. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri              

 

Xalq qəzeti.- 2017.- 30 dekabr.- S.7.