İşsizlikdən  sığorta  haqqında  Azərbaycan  Respublikası Qanununun  pozulmasına  görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən  cərimələrdən toplanılan həmin orqanın  hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 609

 

Bakı şəhəri, 28 dekabr 2017-ci il

 

 İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydasıtəsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri              

 

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 28 dekabr

tarixli 609 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan həmin orqanın hesabına ................................köçürülən vəsaitdən istifadə

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydaİşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq hazırlanmışdır həmin Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonraNazirlik) tərəfindən tətbiq edilən cərimələrdən toplanılan (ödənilən) həmin Nazirliyin xüsusi xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonraxüsusi vəsait) istifadə qaydasını müəyyən edir.

1.2. Tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 20 faizi Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsində maddi-texniki bazasının yaxşılaşdırılmasında istifadə olunur.

1.3. Mükafatlara gəlir vergisi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq edilir.

2. Xüsusi vəsaitdən istifadə qaydası

2.1. Xüsusi vəsaitin toplanılması təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Nazirliyin xüsusi xəzinə hesabı açılır.

2.2. Xüsusi xəzinə hesabının maliyyə mənbəyiniİşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə Nazirlik tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanılan vəsait təşkil edir.

2.3. Xüsusi xəzinə hesabına köçürmələrin bununla əlaqədar nəzarətin həyata keçirilməsi Nazirlik Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.

2.4. Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Nazirlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə formada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

2.5. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

3. Xüsusi vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş hissəsinin istifadə istiqamətləri

3.1. Xüsusi vəsaitin Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

3.1.1. işçilərin kollektiv fərdi qaydada mükafatlandırılma-sına;

3.1.2. işçilərin həvəsləndirilməsi tədbirlərinə.

4. İşçilərin mükafatlandırılması həvəsləndirilməsi

4.1. Nazirliyin işçilərinin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.1.1. işlərin vaxtında keyfiyyətlə yerinə yetirilməsi;

4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

4.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.

4.2. Nazirliyin işçilərinin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma metodların tətbiqi, gənc mütəxəssislərə köməklik göstərilməsi;

4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında keyfiyyətlə yerinə yetirilməsi;

4.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.

4.3. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar yubileylər zamanı Azərbaycan Respublikasının əmək əhalinin sosial müdafiəsi naziri (bundan sonranazir) tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.

4.4. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir tərəfindən müəyyən edilir.

4.5. İşçilərin fərdi mükafatlandırılması məqsədi ilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər.

4.6. İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin ya yuxarı orqanın təqdimatı əsasında nazirin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

4.7. Bu Qaydaya əsasən ödənilən mükafatlarDövlət qulluğu haqqındaAzərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilir.

5. Xüsusi vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsinin istifadə istiqamətləri

5.1. Xüsusi xəzinə hesabına toplanılmış vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsi büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq aşağıdakı təyinatlara xərclənir:

5.1.1. malların (işlərin xidmətlərin) alınmasına;

5.1.2. qeyri-maliyyə aktivlərinin alınmasına;

5.1.3. maddi-texniki bazanın gücləndirilməsi istiqamətində digər xərclərə.

5.2. Vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsindən istifadə zamanı Nazirliyin modern, çevik avtomatlaşdırılmış idarəetmə sisteminin qurulmasına fəaliyyətinin səmərəliliyinin artırılmasına üstünlük verilir.

 

Xalq qəzeti.- 2017.- 30 dekabr.- S.7.