Hamlet Xanızadənin

yubileyi qeyd olunmuşdur

 

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə  görkəmli teatrkino aktyoru  Hamlet Xanızadənin 75 illik yubiley tədbiri keçirilmişdir.

 

Akademik Milli Dram Teatrında  keçirilən tədbirdə  aktyor  Hamlet Xanızadənin Azərbaycan kinosu və teatrının inkişafındakı xidmətlərindən danışılmış, sənət dostları onunla bağlı xatirələrini bölüşmüş, sənətkarın çəkildiyi filmlərdən və teatr səhnəsində rol aldığı tamaşalardan parçalar nümayiş olunmuşdur.

Məlumat üçün bildirək  ki, Hamlet Bəbir oğlu Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəğa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

Hələ tələbə olarkən onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət ediblər. Qeyri-adi istedadı ilə milyonlarla tamaşaçı, dinləyici  və kinosevərlərin məhəbbətini qazanmış Hamlet Xanızadənin yaratdığı unudulmaz obrazlar milli teatrın həyatında hadisəyə çevrilmişdi. O, 1982-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüş, 1984-cü ildə isə Azərbaycan SSR Dövlət mükafatı almışdır.

Hamlet Xanızadə Hüseyn Cavidinİblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd VurğununVaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, ŞekspirinAntonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Göz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə unudulmaz, yaddaqalan obrazlar, xarakterlər yaradıb.

Görkəmli aktyor Hamlet Xanızadə 1990-cı il fevralın 3-də 49 yaşında vəfat ediböz vəsiyyətinə görə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 4 fevral.- S.5.