“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə
qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 37
Bakı şəhəri,
8 fevral 2017-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə və Azərbaycan Respublikası
Dövlət İmtahan
Mərkəzinin təklifinə
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının
orta ixtisas təhsili müəssisələrinə
tam orta təhsil bazasında tələbə
qəbulu Qaydaları”
təsdiq edilsin (əlavə
olunur).
2. “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində
ümum-təhsil fənləri
üzrə təhsilalanların
biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının)
həyata keçirilməsinin
müvəqqəti Qaydaları”nın
təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
2012-ci il 10 may
tarixli 3 nömrəli
qərarı ləğv
edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
11 fevral.- S.6.