“Azərbaycan Respublikasında rezidenturaya
qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 41
Bakı şəhəri,
8 fevral 2017-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə və Azərbaycan Respublikası
Dövlət İmtahan
Mərkəzinin təklifinə
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasında
rezidenturaya qəbul Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasında
rezidenturaya qəbul Qaydaları”nın təsdiq
edilməsi haqqında”
ləğv olunmuş
Azərbaycan Respublikası
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının 2012-ci il
15 may tarixli 4 nömrəli
qərarı ləğv
edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
11 fevral.- S.6.