Lənkəran: qarşıda yeni

vəzifələr, yeni zirvələr vardır

 

Cənub bölgəsinin mərkəzi sayılan Lənkəranda quruculuq işləri durmadan davam edir. Artıq tarixə çevrilmiş 2016-cı ildə burada sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olinmuş şura iclasında bu barədə ətraflı danışılıb.

 

İclasdan əvvəl rayon rəsmiləri, qonaqlarMilli Məclisin deputatları Hеydər Əliyеv Xatirə parkına gələrək ümummilli lidеrin abidəsini ziyarət edib və önünə gül dəstələri qоyublаr. Sоnrа iştirakçılar Heydər Əliyev Mərkəzinin fоyеsində rayonda istehsal olunmuş kənd təsərrüfаtı və sənаyе məhsullаrındаn ibarət sərgi ilə tаnış оlublаr.

İclası giriş sözü ilə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov аçаrаq məruzə ilə çıxış edib. O deyib ki, dünyanı bürüyən iqtisadi böhranın təsirlərinə baxmayaraq, Azərbaycanda əldə olunmuş iqtisadi resursların sayəsində bütün sosial layihələr icra edilib, əhalinin sosial müdafiəsi gücləndirilib, tikinti-abadlıq işləri daha da genişləndirilib. 

Prezident İlham Əliyevin qayğısı ilə ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunun sosial-iqtisadi və mədəni inkişafı sahəsində də uğurlar qazanıldığını vurğulayan məruzəçi bununla əlaqədar konkret faktları diqqətə çatdırıb. Bildirilib ki, tikinti, abadlıq və yenidənqurmada, yeni yol layihələrinin icrasında, sənaye və kənd təsərrüfatında, təhsil və səhiyyə sahələrində həyata keçirilən tədbirlər davamlı səciyyə daşıyıb. Rayonda ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 7,7 faiz artıb, orta aylıq əməkhaqqı 5,1 faiz çoxalıb, il ərzində 2099-u daimi olmaqla 2704 yeni yeri açılıb. Liman-Nərimanabad-Balıqçılar magistral avtomobil yolunun çəkilişi,  çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı sahəsində görülən işlər dövlət rəhbərinin Lənkərana xüsusi münasibətinin nəticəsi kimi minnətdarlıqla xatırlanıb. Burada rayon rəhbərliyinin səyləri ilə həyata keçirilən antiböhran tədbirləri əhali tərəfindən razılıqla qarşılanıb və müsbət nəticələr verib.     

Qeyd edilib ki, Ləj və Qumbaşı kəndlərinə təbii qaz verilib, Haftoni qəsəbəsinə isə magistral xəttin çəkilişi sona yetib. Lənkəran Dövlət Universitetinin 2 nömrəli tədris korpusunun əsaslı təmir olunaraq tələbələrin ixtiyarına verilib. “Mandarin” uşaq-əyləncə mərkəzi açılıb. Rayonda inşa olunmuş 9 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib, oğlanlar üçün ailə tipli qrup evi yaradılıb.  ABŞ səfirliyinin dəstəyi ilə “The Exchangevokal qrupunun konsertinin təşkili, İrəvan və Dərbənd Azərbaycan teatrlarının qastrolları, Kitab bayramı, Bakıda reallaşan “Bölgələrdən paytaxta” layihəsinin Lənkərana həsr edilməsi və s. ötən ilin uğurlu hadisələrindən olub.

Taleh Qaraşov məruzəsində qаzаnılmış uğurlаrlа yаnаşı, bəzi sаhələrdə yоl vеrilmiş nöqsаnlаrı nəzərə çatdırıb və əlаqədаr idаrə, müəssisə və təşkilаt rəhbərlərinə ciddi tаpşırıqlаr vеrib, bir dаha qаrşıdа durаn vəzifələrdən, onların həlli yollarından dаnışıb.

Şura iclasında  şəhər təhsil şöbəsinin müdiri  Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, Lənkəran Elektrik Şəbəkəsinin rəisi Şaiq Qəribov, Kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional şöbəsinin müdiri Qağayı Məmmədov, Milli Məclisin Əmək və Sоsiаl Siyаsət Kоmitəsinin sədri Hаdi Rəcəbli, millət vəkili Rüfət Quliyev də çıхış еdiblər. Аzərbаycаn Rеspublikаsı Prеzidеnti Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov yığıncaqda çıxış edərək qarşıda duran vəzifələrlə bağlı bir sıra tövsiyələrini yığıncaq iştirakçılarına çatdırıb.

Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunub. Sonda yığıncaq iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2017.- 11 fevral.- S.9.