Romantik rolların mahir ifaçısı

 

Həsənağa Salayev-95

 

Yaddaşlarda yaşayan  istedadlı  aktyor Həsənağa Salayevdən  söhbət açmaq istəyirəm. Nədənsə, bu görkəmli sənətkar çox gec -gec xatırlanır,  haqqında mətbuatda nadir hallarda yazılar verilir. Milli aktyorluq  sənətimizin inkişafında kifayət  qədər  xidmətləri olan bu  sənətkarın ömür sənət yollarında xatırlanası məqamlar çoxdur. Ən əsası isə  onun yaradıcılıq yolu milli aktyorluq sənətimizin  tarixi  üçün olduqca əhəmiyyətlidir.

 

Bu il Həsənağa Salayevin  yubileyidir.  95 illiyini  qeyd etdiyimiz aktyorun ömrünün yarıdan çoxu teatr  kino sənəti ilə bağlı olub.  Yaratdığı romantik realist personajlar, mürəkkəb psixoloji dramatik obrazlar Azərbaycan aktyorluq məktəbinin  qiymətli nümunələridir.

1921-ci ilin dekabr ayında Bakıda doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə doqquzuncu sinfi bitirdikdən sonra  Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Sənətə gəldiyi  dövr  teatrlarımızda  Sidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyyə Davudova, Sona Hacıyeva, Mustafa Mərdanov, Rza Təhmasib, Kazım Ziya, Rza Əfqanlı  kimi sənətkarlar fəaliyyət  göstərirdi. Bu mühit  aktyora  elə gənclik illərindən teatra böyük həvəs  yaratmışdı. İlk dəfə Mərziyyə Davudova ilə   tərəf- müqabil kimi Səməd VurğununXanlarpyesinin tamaşasında   səhnəyə çıxan aktyor  ümidləri  doğrulda  bildi.  Mərziyyə  xanım tamaşadan sonra  demişdi: “Inanıram ki, sən yaxşı artist olacaqsan”.

Böyük  Vətən müharibəsinin qanlı-qadalı yollarından keçən  aktyor yenidən doğma teatra qayıtdı. Bu ağrılı illərdən sonra o, yeni rollar oynamaq istəyirdi.  Ona  bir-birinin ardınca mürəkkəb xarakterli rollar həvalə edilirdi. Rejissorlar onun yaradıcılıq imkanlarını yaxşı bilirdilər. Ona klassik müasir dramaturqların  əsərlərində  baş rolları həvalə edirdilər. Səməd VurğununFərhad Şirin” (Fərhad), “Vaqif” (Eldar, Qacar Vaqif), Zeynal XəlilinQatır Məmməd” (Əziz), Ənvər MəmmədxanlınınŞərqin səhəri” (Mustafa), Vilyam ŞekspirinOtello” (Montano), “Antoni Kleopatra” (Sezar), “Qış nağılı” (Florizel Leont), Nazim HikmətinTürkiyədə” (Hüseyn Həlim), Mirzə IbrahimovunHəyat” (Abbas), Mehdi HüseyninCavanşir” (Qartal Söhrab), “Alov” (Əmin Bəxtiyarov) başqa neçə-neçə əsərdə  yaratdığı  rollar  ona şöhrət  gətirmişdi. Tamaşaçılar artıq onu  yaxşı tanıyır sevirdilər.

Nazim HikmətinŞöhrət ya unudulan adaməsərindəki  doktor rolu onun yaradıcılığında  çox önəmli yer tutur. Bu tamaşa  göstəriləndə  Nazim Hikmət  Bakıda idi. Aktyorun ifası salonu heyrətə gətirmişdi. Bu obraz haqqında Mehdi Məmmədov yazırdı: “Əgər hər hansı bir aktyor desəydi ki, mən səhnədə Hamlet obrazını yaratmışam, ona belə cavab verərdim: kaş mən Həsənağa Salayev kimi doktor obrazını oynamış olaydım”.

EləOqtay Eloğlu” (C.Cabbarlı) tamaşasında yaratdığı baş qəhrəman da  uzun illərdir ki, yaddaşlardan silinmir. O,  obrazın  bütün duyğularını, hisslərini  elə təbii yaşayırdı ki, tamaşaçı  uzun müddət bu təsirdən xilas ola bilmirdi.

Həsənağa Salayevin yaradıcılığının başqa bir məkanı da kino idi. Neçə-neçə unudulmaz  filmlərimizdə onun yaratdığı ekran qəhrəmanları yaşayır. O, “Azərbaycanfilmkinostudiyasının istehsal etdiyiFətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğlu”, “Istintaq davam edirbədii Aygünteleviziya filmlərində müvafiq olaraq Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, mayor Rüstəmov, Əmirxan rollarına çəkilib. O illərdə adətən,  filmlərdə  çəkilən aktyorların rolunu başqa artistlər səsləndirirdilər, amma  Həsənağa  Salayev, demək olar ki, bütün qəhrəmanlarını  öz səsi ilə yazdırıb. Onun  qəlblərə sirayət edən  səs tembri obrazı daha baxımlı edir. Görüşfilmindəki Musanı yəqin ki, xatırlayırsınız. Bu adi  mexanizator  roludur. Amma səmimi, mehriban  bir gəncdir. Sevdiyi qızın bütün şıltaqlıqlarına dözür, sanki bütün bunlardan  həzz alır.

 İstintaq davam edir  filmində Həsənağa Salayev həm baş rolda oynayıb, həm bu ekran əsərinin ikinci rejissoru olub. Mayor  Rüstəmov maraqlı obrazdır. Onun bu rolu iləOnu bağışlamaq olarmı?” filmindəki Qüdrət  obrazı arasında bir oxşarlıq var. Hər ikisi polis işçisidir.

 Aygünpoeması əsasında çəkilmiş eyniadlı film  Azərbaycanda ilk bədii televiziya  filmi idi. Filmdə Əmirxan obrazının yaradıcısı da Həsənağa Salayevdir. O, bu obrazın daxili sarsıntılarını, ziddiyyətini, çaşqınlığını olduqca təbii  verib.

Azərbaycanfilmkinostudiyasının bədii şurasının uzun müddət üzvü olmuş Həsənağa Salayev xarici filmlərin Azərbaycan dilinə dublyajında da iştirak etmişdir. Onun repertuarı həmişə rəngarəng idi. İstər televiziyada, istərsə radio tamaşalarında saysız-hesabsız rollar yaratmışdır. Xüsusilə , İ.ŞıxlınınDəli Kürromanı üzrə səhnələşdirilmiş radio tamaşasında Həsənağa Salayevin təqdim etdiyi Cahandar ağa obrazı böyük şöhrət qazandı. Həsənağa Salayevin səsindəki amiranəlik, mətinlik, qətiyyətlilik əsl bəy, xan xarakterinin açılmasında əvəzsiz rol oynadı.

Həsənağa Salayev ruhən, emosiya coşqunluğu, səs diapazonu ilə romantik aktyor idi, ancaq lirik, dramatik psixoloji rolları da məharətlə oynayırdı.

Çoxcəhətli yaradıcılığı ilə müxtəlif səpkili rollar yaradaraq sənət xəzinəmizin ən parlaq incisinə çevrilmiş aktyorun fəaliyyəti, bütövlükdə, bir örnəkdir. Təəssüf ki, onun teatr səhnəsində yaratdığı saysız-hesabsız obrazlar lentə alınmayıb. Amma bədii filmlərdəki maraqlı obrazları bu istedadlı sənət fədaisinin aktyorluq məharətindən xəbər verir.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda səhnə danışığı fənnindən dərs deyirdi. Öz zəngin təcrübəsini gələcək aktyorlara öyrətməkdən xüsusi zövq alırdı.

Aktyorun sənəti  dövlət tərəfindən yüksək  qiymətləndirilib. Milli teatr  sənətinin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb. 10 iyun 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adları ilə təltif edilib.

Yaradıcılığının ən müdrik çağında – 54 yaşında  qəfil xəstəlik tapıb. Hətta ağır xəstəlikdən səhnəyə belə çıxa bilmirdi.  2 oktyabr 1981-ci ildə bu  böyük sənətkar dünyasını dəyişdi.

Bu gün Həsənağa Salayev aramızda olmasa da, onun əziz  xatirəsi sənətsevərlərin  qəlbində əbədi yaşayacaqdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 12 fevral.- S.7.