Türkiyənin “Diplomatik gözləm” jurnalında Xocalı soyqırımı barədə məqalə dərc olunub

 

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məqaləsi nüfuzluDiplomatik gözləm” jurnalında dərc olunub.

Xocalı soyqırımının 25-ci ildönümüsərlövhəli məqalədə Xocalı soyqırımının səbəbləri və ağır nəticələri barədə türkdilli oxuculara ətraflı məlumat verilir.

Məqalədə Xocalı soyqırımının törədilməsində təcavüzkar Ermənistanın indiki keçmiş rəhbərliyinin iştirakı barədə təkzibolunmaz faktlar göstərən müəllif yazır ki, bu cinayət erməni millətçiliyinin üzünü dünya ictimaiyyətinə nümayiş etdirir. Qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırımı olaraq qəbul edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. O cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması istiqamətində böyük nəticələr əldə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampanıyası dünya ictimaiyyətini ayağa qaldırıb.

Məqalədə diqqətə çatdırılır ki, Meksika, Kolumbiya, Çexiya, BosniyaHerseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya, o cümlədən ABŞ-ın bir çox ştatı Xocalı soyqırımını tanıyıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

 

Xalq qəzeti.- 2017.-15 fevral.- S.3.