Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 55

Bakı şəhəri, 17 fevral 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Məcburi köçkünlər onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR: 

1. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları digər binalarda) faktiki yaşayan məcburi köçkünlər onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kvt.saat müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən limit üzrə elektrik enerjisi haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən əhali üzrə aylıq istehlak həcminin 300 kvt. saata qədər (300 kvt.saat daxil) olan hissəsi üçün müəyyən edilmiş pərakəndə satış tarifi ilə ödənilir.

3. Fərdi qaydada sayğacların quraşdırılması texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan  sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər onlara bərabər tutulan şəxslərin adlı siyahıları aşağıdakı qaydada tərtib olunur:

3.1. faktiki istehlakçıların adlı siyahıları şəxsiyyəti təsdiq edən sənəd əsasında onların məskunlaşdıqları rayon (şəhər) əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, həmin şəhər rayonların kommunal xidmət təşkilatları (elektrik enerjisi, qaz, su təchizatı idarələri),  Azərbaycan Respublikası  Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonraKomitə) rayon (şəhər) üzrə nümayəndələri tərəfindən istifadə olunan xidmətlərin növləri göstərilməklə, ərazisi işğal olunmuş hər bir rayon üzrə ayrı-ayrılıqda bu qərara əlavə olunmuş 1 2 nömrəli  formalara  uyğun olaraq;

3.2. faktiki istehlakçıların müvəqqəti məskunlaşdıqları rayon (şəhər) əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları tərəfindən istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısı, artma azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabat hazırlanıb təsdiq edilir, həm kağız formatında, həm elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir;

3.3. təqdim olunmuş siyahılar Komitə tərəfindən dürüstləşdirildikdən sonra həmin siyahılardakı saya göstərilən xidmətlərə uyğun olaraq kommunal xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növünə uyğun müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanaraq ödənişin aparılması üçün hər növbəti ayın 15-dən gec olmayaraq,  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

4. Faktiki istehlakçıların adlı siyahılarının dəqiqliyi düzgünlüyünə görə həmin  siyahıları tərtib edən məsul şəxslər siyahıları təsdiq edən istehlakçıların məskunlaşdıqları rayon (şəhər) əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar.

5. Azərbaycan Respublikasının Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki:

5.1. aidiyyəti rayon  (şəhər) icra hakimiyyətləri kommunal xidmət təşkilatları ilə birlikdə hər ay bu qərarın 3-cü hissəsində göstərilən şəxslər tərəfindən faktiki istehlak olunan təbii qaz, elektrik enerjisi, su məişət tullantılarının daşınması üzrə üzləşdirmə aktı tərtib etsin həmin kommunal xidmətlərinə görə haqların faktiki göstəricilər nəzərə alınmaqla, müəyyən edilmiş limitlər daxilində mərkəzləşmiş qaydada aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilməsini təmin etsin;

5.2. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

 

Xalq qəzeti.- 2017.- 18 fevral.- S.6.