Ulu Gəncə hər gün,

hər saat dəyişir, gözəlləşir

 

Gəncə bəlkə də yeganə şəhərdir ki, onun ən ucqar guşəsində belə, hər gün, hər saat gedir. Maraqlıdır ki, 6 il əvvəl, elə bu fevral günlərində start götürmüş abadlıq, quruculuq, yenidənqurma, tikinti-inşaat işləri nəinki məlum səbəblərə görə bir qədər zəifləməyib, əksinə daha da sürətlənib, geniş miqyas alıb və daha çox sahələri əhatə edib. Bu, bir faktdır və onu heç kim dana bilməz ki, ölkə Prezidentinin 18 fevral 2011- ci il tarixli sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra şəhəri tanımaq olmur. Şəhər rəhbəri özü Gəncənin bugünkü inkişafını yalnız ölkə Prezidenti cənab İlham Əliyevin qədim Nizami yurduna göstərdiyi hədsiz diqqət və qayğı ilə əlaqələndirir və gəncəlilər də bunu təsdiqləyirlər. Lakin “mən yalnız icraçıyam” deməklə məsələ bitmir axı. Şəhərin icra hakimiyyəti başçısının işgüzarlıq, təşkilatçılıq, prinsipiallıq, dövlətə və dövlətçiliyə sədaqətlilik keyfiyyətlərini necə qeyd etməyəsən?! Yaxşıya yaxşı demək lazımdır, pisə pis.

Bu günlərdə şəhər icra hakimiyyətinin böyük iclas zalında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunarkən Elmar Vəliyev üzünü yığıncaq iştirakçılarına tutubdeyin, şəhərin elə bir yeri varmı ki, orada getməsin?” soruşması bir daha göstərdi ki, bunlar gəlişigözəl sözlər deyilonun arxasında inambirki, şəhərin bugünkü mənzərəsi dayanır. Gəlin nəzər salaq.

Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektar torpaq sahəsində “NB Satınalma və Ticarət” MMC tərəfindən illik istehsal gücü 3,5 milyon kvadratmetr olan Süni mərmər qranitquru inşaat qarışıqları zavodunun, “MFK” MMC-nin illik istehsal gücü 30 milyon şərti kərpic olan müəssisənin inşası davam etdirilməkdədir.

Təməli 2011-ci ildə qoyulmuş və 3,5 hektar ərazidə yerləşən, gündəlik istehsal gücü 160 baş qara mal, 600 baş davar, 25 min baş quşun kəsimi və dəri emalı olanElba Kəsim və Emal FabrikiMMC-nin tikintisi davam edir. İstehsal olunacaq məhsulların 70 faizinin daxili, 30 faizinin isə xarici bazarda satışı nəzərdə tutulub. Müəssisənin işə düşməsi ilə 160 nəfər daimi işlə təmin ediləcəkdir.

Neon” firmasında istehsal sahəsi genişləndirilərək 2 ədəd RusiyadanUkraynadan gətirilmiş qovurducu və paketləmə texnoloji xətləri quraşdırılaraq istifadəyə verilmişdir. Həmin sahələrin istismara buraxılması 30 nəfəri işlə təmin etmişdir. Eyni zamanda, bu müəssisədə gündəlik istehsal gücü 13 ton olan makaron və gündəlik istehsal gücü 240 ton olan çəltik istehsal edən zavodun layihə-smeta sənədləri işlənib, maliyyə məsələlərinin həll edilməsi istiqamətində danışıqlar aparılır.

“Gəncə Avtomobil Zavoduİstehsalat Birliyi Belarusiyanın Minsk traktor zavodu, Rusiyanın Ural avtomobil zavodu və digər müəssisələrlə qarşılıqlı səmərəli layihələrin axtarışı ilə ciddi məşğuldur. Belarus Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti  2017-ci ildə 6 min hektar ərazidə modern aqrar sənaye kompleksinin inşası məqsədi ilə memorandum imzalamış və birgə işçi qrupu yaradılmışdır.

2016-cı ildə Gəncədə keçirilən IV Beynəlxalq Şərab Festivalında “Gəncə Şərab-2” ASC-nin istehsal etdiyiRoze” şərabı qızıl medala, “Hill sidesaperavi şərabı isə gümüş medala layiq görülmüşdür. 2017-ci ildə müəssisədə üzümçülük təsərrüfatı 15 hektar genişləndirilərək ümumi sahəsi 420 hektara çatdırılacaqdır.

“Gəncə Cihazqayırma Zavodu” ASC-də 2016-cı ildə 450 min manata yaxın yeni müasir texnoloji avadanlıq alınaraq quraşdırılıb istifadəyə verilmişdir. İstehsal olunan məhsulun 2 milyon 787 min manatlığı xaricə ixrac olunmuşdur. 2017-ci ildə müəssisədə yeni qaz tənzimləyici şkafların istehsalı nəzərdə tutulur.

Prezident  İlham Əliyevin Gəncəyə hər səfəri zamanı şəhərdə yeni obyektlərin istifadəyə verilməsi bir ənənə şəklini alıb. Dövlət başçısının keçən il fevralın 17-də Gəncəyə səfəri zamanı da bir çox obyektlərin – “İmamzadə” dini kompleksinin, A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının, 39 nömrəli tam orta məktəbin, 240 yerlik körpələr evi-uşaq bağçasının, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının, “Nizami” yarımstansiyasının, “Gəncəçay” park-bulvar kompleksinin, hərbi qulluqçular üçün inşa edilən şəhərciyin, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” parkının açılışlarında iştirak etmiş, “Gəncə Avtomobil Zavoduİstehsalat Birliyinin istehsal sahələrinə baxmış və digər yeni inşa edilən obyektlərdə tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Gəncə şəhəri öz qədim simasını və yerli memarlıq üslubunu saxlamaqla abadlaşır və müasirləşir.Ölkə Prezidentinin xeyir-duası ilə 2012-ci ildə bünövrəsi qoyulmuş 1200 nəfərlik konsert, 2 kino zalı, açıq havada yay estrada meydanı, 5 min 780 kvadratmetr sahədə ikimərtəbəli Gəncə Dövlət Filarmoniyası binasının tikintisi davam etdirilir.

“Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2016-cı il tarixli sərəncamının icrası ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən əhalinin köçürülməsi ilə bağlı müəyyən işlər aparılmışdır. Belə ki, selin qarşısının alınması məqsədi ilə çayın sol sahilində 1 kilometr uzunluğunda beton mühafizə divarları inşa edilmişdir. Çayın məcrasında təmizlik və abadlıq işləri görülür, kaskadın vurulması üçün hazırlıq işlərinə başlanılmışdır.   Gəncəçayda suyun səviyyəsinin qalxması səbəbindən onun məcrasında inşa edilmiş evlərin köçürülməsi ilə əlaqədar Vəli Xuluflu küçəsində 129 ailənin fərdi yaşayış evi ilə təmin edilməsi üçün ayrılan ərazidə kompleks tikinti işləri davam etdirilir. Cavad xan küçəsi, 34, Atatürk prospekti, 264 və 266 nömrəli ünvanlardakı qəza vəziyyətində olan yaşayış binaları sökülərək yerində ucaldılmış yeni 5 mərtəbəli, 50 mənzilli yaşayış binası inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Atatürk prospektində yeddimərtəbəli 4, beşmərtəbəli 2 yaşayış binasının, həmçinin Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində, keçmiş Toxuculuq Kombinatının yataqxanalarında yaşayanlar üçün 3 ədəd 3 bloklu doqquzmərtəbəli bina, birbloklu onmərtəbəli bir bina, ümumilikdə 249 mənzilli çoxmərtəbəli yaşayış binalarının tikintisi sürətləndirilmişdir.

Cavad xan küçəsində yerləşən yeddimərtəbəli “Majestik Palaceotelinin tikintisinə 2011-ci ilin aprel ayında başlanılmışdır. Yüksək xidmətin göstəriləcəyi yeddimərtəbəli bu otelin ümumi sahəsi 2800 kvadratmetrdir. Burada 50 nəfərlik konfrans zalı, 450 nəfərlik restoran, 80 kvadratmetrlik bar-kafe fəaliyyət göstərəcəkdir. Mükəmməl infrastruktura malik otel ən müasir avadanlıqla təchiz ediləcəkdir. Gözəl dizayninteryeri ilə seçilən obyektdə təmir işləri davam etməkdədir.

Hacıkənd qəsəbəsində yeni inşa edilən “ARFA” mehmanxanasının tikintisinə 2014-cü ildə başlanmışdır. 50 yerlik mehmanxana 5 mərtəbədən ibarətdir. Bina mansard dam örtüyünə malikdir. Binada hazırda  tikinti işləri aparılır.

Gəncə Şəhər Prokurorluğunun müasir tələblərə cavab verən yeni inzibati binasının tikintisidavam etdirilircari ildə istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfində 4,75 hektar torpaq sahəsində salınacaq məhkəmə kompleksi binasının layihə-smeta sənədi hazırlanır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının öz məhsullarının satışı üçün hər bir şəraiti olan, 2014-cü ildə inşasına başlanılmış ümumi torpaq sahəsi 16,9 hektardanBazar StoreMMC-nin Gəncə Ticarət Kompleksi nəqliyyat və digər kommunikasiya imkanları baxımından əlverişli  ərazidə yerləşir. Burada təxminən 6 hektar torpaq sahəsində hər biri 15 min kvadratmetr olan 2 ədəd “modultipli konstruksiyadan istifadə olunmaqla, “Yaşıl market” topdansatış mərkəzi inşa edilir. Bu obyektdə də tikinti işləri sürətləndirilmişdir.

Paşa Constructionnun sifarişi ilə 2014-cü ildə inşasına başlanılmış “Gəncə Mall” Ticarət Mərkəzi Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşir. Ümumi sahəsi 52 min kvadratmetr olan mərkəz beşmərtəbəlidir və 3 mərtəbədən ibarət yeraltı maşın dayanacağı vardır. Burada kino zalı, restoranlarsair ticarət obyektləri yerləşdirilmişdir. İnşaat işləri davam etdirilir.

Şəhərin mərkəzi hissəsində əhalinin və eləcə də avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin, həmçinin Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişmələrində yeraltı keçidlərin inşası davam etdirilir. Tikintisi aparılan yeraltı keçid həmin ərazidə inşa edilən  Filarmoniyanı, “Majestik Palaceotelini və “Gəncə Mall” Ticarət Mərkəzini birləşdirir.Bununla yanaşı, Nizami küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində olan yeraltı keçid də təmir olunaraq istifadəyə verilmişdir.

Fikrət Əmirov küçəsində beşmərtəbəli İctimai-Mədəni Tibb Mərkəzinin, Hava limanı yolu istiqamətində maşın bazarının, Nizami prospektində beş və altımərtəbəli Ticarət Mərkəzinin, eləcə də digər sosial-mədəni və xidmət obyektlərinin inşası davam etdirilir.   Şəhərin Nizami prospektində vaxtilə alkaponla üzlənmiş 230-a yaxın ticarət və xidmət obyektində yenidənqurma işləri aparılır. Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanmış vahid layihə çərçivəsində bu birmərtəbəli obyektlər mansardla birlikdə üçya dörd mərtəbəyə qədər ucaldılır. Tikintidə obyektlərin fasad hissəsində alkapon əvəzinə aqlay və kərpic üzlük materiallardan istifadə edilir.

54 min nəfərə yaxın əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 19,2 kilometr məsafədə (Samux rayonu Alıuşaqlı, Zazalı, Çobanabdallı kəndlərini, Bağbanlar, İnstitut və digər qəsəbələri) Zazalı-“İmamzadə” Kompleksi - Gəncə avtomobil yolunun inşası başa çatdırılmışdır. Gəncəçay üzərindəki 2 ədəd körpüdən 1-i yeni inşa olunmuşdur.

2012-ci ildə tikintisinə başlanılmış və aylıq gücü 100 min sərnişin olan Gəncə Beynəlxalq avtovağzalı 2 mərtəbəli olmaqla 2 korpusdan ibarətdir. Korpuslardan biri 1500 digəri 1300 kvadratmetrdir. Hər korpusda gözləmə zalı, anauşaq, həkim,saxlanma otaqları, kafe, restoran,  otel mövcuddur. Korpusların qarşısında 1200 və 320 kvadratmetr ölçüdə dayanacaq və 8 ədəd avtobusun texniki müayinəsi üçün yerlər vardır.

Hava limanı istiqamətində yeni inşa edilmiş Avtovağzal kompleksi isə noyabr ayında istifadəyə verilmişdir. Sərnişinlərə ilkin mərhələdə 15-18 nəfərlik orta tutumlu 180 avtobus xidmət göstərməklə, yaxın vaxtlarda Naxçıvan, Gürcüstan, Türkiyə, Rusiyaİrana avtobus reysləri təşkil olunacaqdır. Burada sərnişinlər üçün gözləmə zalı, biletlərin satışı kassaları, xidməti kabinetlər, ticarət mərkəzi və sair iaşə obyektləri ilə yanaşı, tibb, uşaq otaqları, sərnişin və sürücülərin dincəlməsi məqsədilə müxtəlif otaqlar yerləşir. Avtovağzal kompleksinin ətrafı abadlaşdırılmış, geniş yaşıllıq zolağı salınmışdır.

Yaxın gələcəkdə Gəncə istiqamətində saatda 100 kilometr məsafə qət edən qatarların buraxılması nəzərdə tutulur. Bununla da Bakıdan Gəncəyə 3-3,5 saata çatmaq mümkün olacaqdır. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC “Stadler Rail Group” şirkəti ilə müvafiq danışıqlar aparır.

Gəncədə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2012-ci ildən “Açıq kommunal infrastruktur” layihəsi çərçivəsində şəhərin su təchizatı və kanalizasiya sisteminin əsaslı surətdə yenidən qurulması layihəsi uğurla həyata keçirilir. Şəhərə üç istiqamətdən – Göygöl, Qızılqaya və Şəmkirçaydan çəkilən magistral su xətlərinin inşası artıq başa çatdırılmışdır. Bu xətlərin istifadəyə verilməsi ilə şəhərə saniyədə 1500 litrə yaxın su daxil olacaqdır. İstehlakçıların gün ərzində 24 saat fasiləsiz keyfiyyətli su ilə təmin edilməsi və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlər davam etdirilməkdədir.    

Şəhərdə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin, orta-ixtisasali məktəblərin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, yeni məktəb tikintisimövcud məktəblərin əsaslı təmirinin sürətləndirilməsi  daim diqqət mərkəzindədir. Səməd Vurğun adına 640 şagird yerlik 41 nömrəli tam orta məktəb  və 1176 şagird yerlik İmaməddin Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksi əsaslı təmir və yenidənqurma işlərindən sonra şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir.  Eyni zamanda, 250 şagird yerlik İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın (sanatoriya tipli internat məktəbin) tədris korpusu və yataqxanasında, həmçinin 2 min 140 şagird yerlik 1 nömrəli və 1176 şagird yerlik 14 nömrəli tam orta məktəblərdə əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaq üzrədir. Şəhər 2 nömrəli peşə liseyi ən müasir səviyyədə əsaslı təmir olunaraq 2016-cı ilin oktyabrında istifadəyə verilmişdir. 2 nömrəli peşə məktəbinin tikintisi, 1 nömrəli peşə məktəbinin və 1 nömrəli peşə liseyinin təmiri davam etdirilir. Şəhər icra hakimiyyətinin  fəaliyyətinin əsas istiqamətlərindən biri də təhsil prosesində xüsusi rolu olan məktəbəqədər təhsil müəssisələrinin – körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, onların tikintisi, əsaslı təmiri, müasir avadanlıqlarla təminatı kimi məsələlərin həllidir. Ötən il 240 yerlik 31 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. 120 yerlik 1 nömrəli və 240 yerlik 44 nömrəli körpələr evi-uşaq bağçalarında yenidənqurma və əsaslı təmir işləri, həmçinin Məhsəti qəsəbəsində 120 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilməkdədir. Şıxzamanlı qəsəbəsində 240 yerlik 25 nömrəli körpələr evi-uşaq bağçası Yaponiyanın Azərbaycandakı səfirliyinin və şəhər icra hakimiyyətinin birgə səyi nəticəsində tam əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bağça müasir istilik sistemi ilə təchiz edilmiş, gigiyenik tələblərə cavab verən mətbəxi və camaşırxanası müasir səviyyədə yenidən qurulmuş, ətrafında təmizlik, səliqə-sahman yaradılmış, yaşıllıq zolaqları salınmışdır.18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ümumi ərazisi 4 min 700 kvadratmetr olan 150 yerlik Beynəlxalq uşaq klubu istifadəyə verilmişdir. Burada uşaqların təlim- tərbiyəsi üçün ən müasir şərait yaradılmışdır.

2016-cı ildə A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanası və infeksion xəstəxana, 6 saylı poliklinika əsaslı təmir olunmuş, müasir tibbi avadanlıq və cihazlarla təmin olunaraq istifadəyə verilmişdir. A.Səhhət adına xəstəxana ən müasir müalicə metodlarından sayılan nüvə maqnit rezonanskompüter tomoqrafiyası, ultrasəs müayinə, rəqəmsal rentgen aparatı, kliniki, biokimyəvi, immumoferment analizatorlarla, koaqulometrlə narkoz aparatları, monitorlarla və digər aparatlarla təmin olunaraq istifadəyə verilməsi sakinlərin yüksək səviyyədə səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaratmışdır.

2010-cu ildən fəaliyyəti dayandırılmış 1 saylı doğum evi A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında 40 çarpayılıq doğum şöbəsi kimi fəaliyyətə başlamışdır. Şıxzamanlı qəsəbəsindəki 5 saylı poliklinika Yaponiyanın Azərbaycandakı səfirliyinin və şəhər icra hakimiyyətinin dəstəyi ilə müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilmişdir. Gün ərzində 100 nəfər xəstə qəbul etmək imkanı olan poliklinika 23 min 490 nəfər qəsəbə sakininə xidmət göstərir. Poliklinika müasir tibbi avadanlıqlarla təchiz edilmiş, burada həkimlərin fəaliyyəti üçün bütün şərait yaradılmışdır. Respublikanın regionlarında uşaq psixi xidmətinin təkmilləşdirilməsi  ilə əlaqədar  şəhər 2 nömrəli uşaq poliklinikasının nəzdində 10 rayon və şəhəri birləşdirən Regional Uşaq Psixi Sağlamlıq Mərkəzi yaradılmışdır.Ötən ilin mayında  istifadəyə verilmiş akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı bu sahədə göstərilən tibbi xidmətin səviyyəsinin daha da artmasına şərait yaratmışdır. Psixiatriya xəstəxanası üçün yeni, müasir tələblərə uyğun 2 korpus və yardımçı binaların inşası davam etdirilir. 2016-cı ildə Endokrinolojı Xəstəxanada əsaslı təmir işlərinə başlanılmışdır.

Tarix-memarlıq abidələrindən olanŞah Abbas” və “Uğurlu xan” karvansaralarının, “Qızıl Hacılı” abidəsinin əsaslı təmiri və bərpası, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin muzeyinin yaradılması istiqamətində işlər davam etdirilməkdədir. 2016-cı il ərzində ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzi meydanda Miniatür Kitab Muzeyinin Gəncə filialı, “Gəncəçay” park-bulvar kompleksində yeni inşa olunmuş Kitab evi istifadəyə verilmiş, uşaq kitabxanası müasir səviyyədə yenidən qurulmuşdur.

2016-cı il tarixdə Müstəqil Dövlətlər Birliyinin yaranmasının 25 illiyi ilə əlaqədar MDB Dövlət Başçıları Şurasının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən iclasında Gəncə şəhəri 2017-ci ilin Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı elan olunmuşdur ki, bu da qədim Nizami yurduna etimadın daha bir bariz nümunəsidir.

Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı tituluna sahib olmaqla yanaşı, həm də bir sıra beynəlxalq layihələrin uğurla icra edildiyi məkan kimi tarixə düşdü. “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində il ərzində 250-yə yaxın müxtəlif istiqamətləri əhatə edən yerli və beynəlxalq layihələr həyata keçirilmişdir...

Fikir verdinizsə yazıda yalnız faktlar və rəqəmlər sadalanır, özübunlar şəhərdə gedən işlərin hamısı yox, bir qismidir. Əlavə sözə, şərhə sadəcə yer qalmır. Amma şəhər sakinlərinin hər yerdə, hər zaman dedikləri  sözləri təkrar etməyi özümüzə borc bilirik: “Sağ olun, möhtərəm cənab Prezident, Gəncəni göylərə Siz qaldırdınız, Avropada, dünyada tanıtdırdınız. Bu illərdə şəhərin inkişafı ilə bağlı neçə- neçə sərəncamlar imzaladınız, kömək göstərdiniz, dayaq durdunuz, səfərlərə gəldiniz, bünövrələr qoydunuz, açılışlarda iştirak etdiniz. Gəncə bunu heç vaxt unutmayacaq!”

 

Hamlet Qasımov

 

Xalq qəzeti.- 2017.- 18 fevral.- S.8.