“Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi
yanında Statistika Şurasının yeni tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 15 sentyabr tarixli 346 nömrəli qərarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 56
Bakı şəhəri, 17 fevral 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 sentyabr tarixli 346 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 9, maddə 1573) 1-ci hissəsində “Baş İdarəsinin rəis müavini” sözləri “departamentinin baş direktorunun müavini” sözləri ilə əvəz edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 21 fevral.- S.7.