Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə
təsdiq edilmiş
“Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən
qurumların) və onun bölmələrinin
adları”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 58
Bakı şəhəri, 20 fevral
2017-ci il
“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının 12.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008,
¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr 146, 161,
¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2012,
¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə 1027, ¹ 11, maddə 1205; 2013,
¹ 1, maddə 74, ¹ 8, maddələr 1014, 1037; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 313, ¹ 6, maddə 736, ¹ 7, maddə 919, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 611, ¹ 6, maddə 800, ¹ 11, maddə 1414; 2016, ¹ 1, maddə 171, ¹ 2 (II kitab), maddə 382, ¹ 3, maddə 608, ¹ 4, maddələr 782, 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1343, ¹ 8, maddələr 1440, 1450, ¹ 9, maddələr 1584, 1585, 1587, ¹ 11, maddə 1976; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 dekabr tarixli 525 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Aparatı”, “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Aparatı”, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Aparatı”, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı”, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatı”, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatı”, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Aparatı” və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan: Regional bölmələri” sözləri çıxarılsın.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
22 fevral.- S.8.