“Ali təhsilin bakalavriat səviyyəsi
ixtisaslarının (proqramlarının) Təsnifatı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 60
Bakı şəhəri,
22 fevral 2017-ci il
“Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5
sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin və Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təkliflərini
nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 1, maddə 29, ¹ 4, maddə 287; 2011, ¹
3, maddə 230, ¹ 11, maddə 1069; 2012, ¹ 4, maddə 387, ¹ 8, maddə
823, ¹ 12, maddə 1378; 2013, ¹ 3, maddə 330; 2015, ¹ 6, maddə
786; 2016, ¹ 3, maddə 619) ilə təsdiq edilmiş “Ali təhsilin
bakalavriat səviyyəsi ixtisaslarının
(proqramlarının) Təsnifatı”nda
aşağıdakı dəyişikliklər edilsin:
1. “1. Təhsil
ixtisasları qrupu” bölməsinə “21-1. 050122 Rəqs
müəllimliyi” hissəsi əlavə edilsin.
2. “3. Mədəniyyət
və incəsənət ixtisasları qrupu” bölməsinə
“44. 050308 Xoreoqrafiya sənəti” sözlərindən sonra
“(sahələr üzrə)” sözləri əlavə edilsin.
3. “8. Səhiyyə,
rifah və xidmət ixtisasları qrupu” bölməsinə
“149. 050814 Məşqçi (idman növü üzrə)”,
“150. 050815 Bədən tərbiyəsi və idmanda reabilitasiya”
və “151. 050816 İdman menecmenti və kommunikasiya” hissələri
əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 24 fevral.- S.6.