Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil
müəssisələrinin akkreditasiyası
Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 61
Bakı şəhəri, 22 fevral
2017-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 338-VQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 noyabr tarixli 1121 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2010, № 9, maddə 833; 2012, № 6, maddə 624, № 10, maddə 1005; 2016, № 10, maddə 1713) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 1.1-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Bu Qaydalarla magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil edilir.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
24 fevral.- S.6.