“Təhsil
müəssisələrinin tikintisinə, maddi-texniki
təchizatına dair vahid
normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2012-ci il
3 avqust tarixli 171
nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 62
Bakı şəhəri, 22 fevral
2017-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 338-VQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 noyabr tarixli 1121 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 8, maddə 820; 2013, ¹ 6, maddələr 746, 774) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “Ümumi müddəa” bölməsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Bu Normativlərlə magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil edilir.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
24 fevral.- S.6.