“Mexaniki nəqliyyat vasitələrinin və
onların qoşqularının müəyyən edilmiş qaydada dövlət
qeydiyyatından keçirilməsi və dövlət
qeydiyyatı üzrə uçota
alınması haqqında Əsasnamənin və Nəqliyyat
vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi
barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli
39 nömrəli qərarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 272
Bakı şəhəri, 30 iyun
2017-ci il
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 515-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 mart tarixli 2699 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2006, № 5, maddələr 463, 472, № 9, maddə 822, № 10, maddə 902, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 8, maddə 782; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə 185, № 5, maddə 486; 2013, № 5, maddə 574, № 6, maddə 747, № 8, maddə 1001; 2014, № 5, maddə 551, № 8, maddə 1020, № 12, maddə 1684; 2015, № 4, maddələr 462, 468, № 8, maddə 971; 2016, № 2 (II kitab), maddə 385, № 4, maddə 815; 2017, № 4, maddə 620) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.6-cı bəndinin üçüncü abzasına “əlavə” sözündən sonra “dövlət” sözü əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 4
iyul.- S.2.