Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı
ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 276
Bakı şəhəri,
6 iyul 2017-ci il
“Azərbaycan Respublikasının 2017-ci il
dövlət büdcəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
27 dekabr tarixli 1180 nömrəli Fərmanının
3.5-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 4, maddə 306; 2009, ¹ 11, maddə 936; 2017, ¹ 3, maddə
503) ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
2.3-cü bəndə “zəmanət
məbləğinin” sözlərindən
sonra “0,5 (sıfır tam onda beş) faizindən az və” sözləri
əlavə edilsin.
2. 3.2-ci bənddə “Qaydalara uyğun istifadə üzrə səlahiyyətlər”
sözləri “Qaydaların
tələblərinə uyğun
istifadə edilməsi
səlahiyyətləri” sözləri
ilə əvəz edilsin.
3.
3.3-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“3.3. Əsas borcalan dövlət zəmanəti
ilə təmin edilmiş borc öhdəliyini tam və ya qismən icra edə bilmədiyi
və ya müəyyən olunmuş
qaydada icra edə bilmədiyi və defolt baş vermək təhlükəsi yarandığı
və bu öhdəliyin icrasının
zəmanətçi tərəfindən
yerinə yetirilməsi
tələb olunduğu
təqdirdə, verilmiş
dövlət zəmanətinin
müddəalarına əsasən
öhdəliyin yerinə
yetirilməsi bu Qaydaların 3.2-ci və 3.5-ci
bəndlərinin tələblərinə
əməl etməklə,
Fonda toplanmış vəsaitlər
hesabına bir büdcə ili ərzində təmin edilir.”.
4. Aşağıdakı məzmunda
3.4-1-ci bənd əlavə
edilsin:
“3.4-1. Əsas borcalan rəsmi müraciətinə
axırıncı maliyyə
ili üçün müvafiq qaydada təsdiq edilmiş gəlirlər və xərclər smetasının
icrası barədə
hesabatı, “Mühasibat
uçotu haqqında”
Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq, axırıncı maliyyə
ili üçün maliyyə hesabatlarını
auditor rəyi ilə birlikdə, həmçinin
kredit təşkilatlarına
borcları barədə
Azərbaycan Respublikası
Maliyyə Bazarlarına
Nəzarət Palatasının
mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışı və
ya kredit bürosundan müvafiq kredit tarixçəsindən
kredit hesabatını
və digər borcları haqqında məlumatı əlavə
edir. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi əsas borcalandan təqdim edilmiş sənədlərə
dair izahat və əlavə məlumat tələb etmək hüququna malikdir.”.
5. 3.5-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“3.5. Əsas borcalanın təqdim etdiyi məlumatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq strukturu tərəfindən
təhlil edildikdən
sonra nəticə barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat
verilir və Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müvafiq
qərar qəbul edilir.”.
6.
3.6-cı bənd aşağıdakı
redaksiyada verilsin:
“3.6. Dövlət zəmanətinin
şərtlərinə uyğun
olaraq, Fond tərəfindən
il ərzində hər bir əsas
borcalanın əvəzinə
həyata keçirilən
ödənişlərin sonradan
Fonda bərpa edilməsi
məqsədi ilə növbəti ilin ikinci ayının son iş gününədək
həmin əsas borcalan Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ilə müqavilə imzalayır.
Həmin müqavilənin
şərtləri əsas
borcalanın maliyyə
vəziyyəti nəzərə
alınmaqla, Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi tərəfindən
müəyyən edilir.”.
7. 3.7-ci bənd ləğv edilsin.
8.
4.3-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“4.3. Fondun vəsaitləri dövlət zəmanəti
ilə təmin edilmiş borc öhdəliklərinin valyuta
strukturuna uyğun olaraq, nüfuzlu beynəlxalq reytinq agentlikləri (Standard & Poor's, Fitch Ratings,
Moody's, bundan sonra – beynəlxalq reytinq agentlikləri) tərəfindən
verilmiş minimum “A” kredit
reytinqinə (və ya buna ekvivalent
digər reytinq dərəcəsinə) malik
və İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı
ölkələrində yerləşən
banklarda, habelə Azərbaycan Respublikasında
bank lisenziyasına malik
və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş
reytinqi Azərbaycan Respublikasının (suveren)
borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan banklarda depozitlərə (tələbli
və müddətli)
və ya bu banklar tərəfindən
buraxılmış borc
kağızlarına yerləşdirilir.”.
9. 5.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“5.1. Fondun vəsaitinin uçotu “Dövlət büdcəsindən maliyyələşən
təşkilatlarda Büdcə
Təşkilatları üçün
Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq struktur bölməsi tərəfindən aparılır.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
8 iyul.- S.5.