Ləğv edilmiş Azərbaycan
Respublikası Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin normativ hüquqi aktlarının və onların
struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi
Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ
xarakterli aktlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
№ 277
Bakı şəhəri,
7 iyul 2017-ci il
“Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli
304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli
384 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 1070
nömrəli Fərmanının 1.5-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Ləğv
edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin bu qərarın 1
nömrəli əlavəsində nəzərdə tutulan
normativ hüquqi aktları və onların struktur elementləri
ləğv edilsin.
2. Ləğv
edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin və Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidmətinin bu qərarın 2 nömrəli əlavəsində
nəzərdə tutulan hüquqi aktları və onların
struktur elementləri Azərbaycan Respublikası Maliyyə
Bazarlarına Nəzarət Palatasının eyni münasibətləri
tənzimləyən normativ xarakterli aktları Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi gündən qüvvədən
düşmüş hesab edilsin.
3. Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası mərhələlərlə bu qərarın 2-ci
hissəsində nəzərdə tutulan normativ xarakterli
aktları təsdiq etsin və onların Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə
uyğun olaraq Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi
üçün Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə təqdim edilməsini təmin etsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin
tam mətni ilə
www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il
7 iyul
tarixli 277 nömrəli qərarına
1 nömrəli əlavə
Ləğv
edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin ləğv edilən
normativ hüquqi aktlar və onların struktur elementləri
2000-ci il
9 fevral tarixli 026 nömrəli əmrin 2-ci hissəsi ilə təsdiq
olunmuş “Xarici hüquqi və fiziki şəxslərin qiymətli
kağızlar bazarında iştirakı Qaydaları” və
“Azərbaycan Respublikasının Dövlət və bələdiyyə
qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi
və tədavülü haqqında Qaydalar”.
“Kredit təşkilatlarının
depozit sertifikatları haqqında” Əsasnamənin təsdiq
edilməsi haqqında” 2000-ci il 15 fevral
tarixli 029 nömrəli əmrin 1-ci hissəsi.
“Azərbaycan
Respublikasında qiymətli kağızlar bazarında
sığorta Standartları”nın təsdiq edilməsi barədə”
2000-ci il 24 mart tarixli 045 nömrəli əmr.
“Azərbaycan
Respublikasında fyuçerslərin tədavülü
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 8 yanvar tarixli 007 nömrəli əmr.
“Dövlət
qiymətli kağızları ilə Azərbaycan
Respublikası Milli Bankının repo/əks-repo əməliyyatlarının
aparılması haqqında Qaydalar”ın təsdiq edilməsi
haqqında” 2001-ci il 7 fevral tarixli 020
nömrəli əmr.
“Azərbaycan
Respublikasının Dövlət və bələdiyyə
qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi
və tədavülü haqqında Qaydalar”ına dəyişikliklərin
təsdiq edilməsi haqqında” 2001-ci il 4
aprel tarixli 036 nömrəli əmr.
“Azərbaycan
Respublikası Milli Bankının qısamüddətli
notlarının buraxılışı, yerləşdirilməsi
və tədavülü haqqında Qaydalar”ın təsdiq
edilməsi barədə” 2001-ci il 4 iyun tarixli 049 nömrəli
əmr.
“Azərbaycan
Respublikasında qiymətli kağızlar bazarında
sığorta Standartları”na dəyişikliklərin edilməsi
haqqında” 2001-ci il 10 iyul tarixli 070
nömrəli əmr.
“Azərbaycan
Respublikasının dövlət daxili uduşlu
istiqrazlarının buraxılışı, tədavülü
və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2001-ci il 20 iyul tarixli 079
nömrəli əmr.
“Girov kağızı haqqında
Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2002-ci il 17 yanvar tarixli 013 nömrəli əmr.
“Gömrük ödənişlərinə
sadə veksel vasitəsilə zəmanət verilməsinin
müvəqqəti Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2002-ci il 4 aprel tarixli 62 nömrəli
əmr.
“Azərbaycan
Respublikası Prezidenti yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin bir sıra normativ
hüquqi aktlarının qüvvədən düşməsi
haqqında” 2002-ci il 11 aprel tarixli 66
nömrəli əmrin 3-cü və 4-cü hissələri.
“Kredit təşkilatlarının
depozit sertifikatları haqqında Əsasnamə”yə əlavələrin
və dəyişikliklərin edilməsi haqqında”
2003-cü il 23 iyul tarixli 169 nömrəli əmr.
“Bəzi
normativ hüquqi aktlara əlavə və dəyişikliklərin
təsdiq edilməsi haqqında” 2004-cü il
25 may tarixli 074 nömrəli əmrin 2-ci hissəsi.
“Hüquqi
şəxs olan sığortaedənlər ləğv
olunduqda, onların məcburi dövlət sosial sığorta
haqları üzrə Dövlət Sosial Müdafiə Fonduna
olan borclarının ödənilməsində dövlət
qiymətli kağızlarından, habelə kredit və digər
təşkilatların veksellərindən istifadə edilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü
il 26 may tarixli 076 nömrəli əmr.
“Azərbaycan
Respublikası Milli Bankının qısamüddətli
notlarının buraxılışı, yerləşdirilməsi
və tədavülü haqqında Qaydalar”ına əlavə
və dəyişikliklərin edilməsi haqqında”
2004-cü il 2 sentyabr tarixli 151 nömrəli və 2008-ci il 2
aprel tarixli 034 nömrəli əmrlər.
Azərbaycan
Respublikasının Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin 2005-ci il 30 sentyabr tarixli 166
nömrəli əmrinin 1-ci və 2-ci hissələri.
“Azərbaycan
Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə
idxal edilən alkoqollu içkilərə, pivəyə, etil
(yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq
olunan dövlət aksiz markalarının sifarişi,
satışı, uçotunun aparılması və onlardan
istifadə olunması Qaydaları”na əlavə və dəyişikliklərin
edilməsi haqqında” 2006-cı il 28 iyul
tarixli 0143 nömrəli əmr.
“Azərbaycan
Respublikası Milli Bankının qısamüddətli
notlarının buraxılışı, yerləşdirilməsi
və tədavülü
haqqında” və “Dövlət qısamüddətli
istiqrazları ilə Azərbaycan Respublikası Milli
Bankının repo/əks-repo əməliyyatlarının
aparılması haqqında müvəqqəti Qaydaları”na əlavə
və dəyişikliklərin təsdiq edilməsi
haqqında” 2006-cı il 29
sentyabr tarixli 0182 nömrəli əmr.
“İnvestisiya
qiymətli kağızlarının dövriyyədən
çıxarılması və ləğv edilməsi
Qaydaları”na əlavə və dəyişikliklərin təsdiq
edilməsi haqqında” 2007-ci il 10 iyul
tarixli 079 nömrəli əmr.
“Bütün
növ qiymətli kağız blanklarının
hazırlanması və satışı üzrə fəaliyyətə
xüsusi razılıq (lisenziya) almış mətbəələrin
aylıq hesabatının təqdim edilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” 2008-ci il 7 may tarixli 054 nömrəli qərar.
2011-ci il 14 fevral
tarixli 040/1 nömrəli əmrin 1-ci hissəsi ilə təsdiq
edilmiş “İnvestisiya qiymətli kağızlarla repo əməliyyatlarının
aparılması Qaydaları”.
“Bütün növ qiymətli
kağız blanklarının hazırlanması və
satışı üzrə fəaliyyətin həyata
keçirilməsinə dair Tələblər”in təsdiq
edilməsi barədə” 2012-ci il 6 mart
tarixli 03 nömrəli qərar.
“Dövlət istiqrazlarının
emissiyası və tədavülü” Qaydalarının təsdiq
edilməsi barədə” 2012-ci il 30 aprel tarixli 06 nömrəli
qərarın 1-ci hissəsi.
“Azərbaycan Respublikasının Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
göstərilən xidmətlərin
avtomatlaşdırılması ilə əlaqədar inzibati
reqlamentlərin təsdiq edilməsi haqqında” 2012-ci il 25 iyun tarixli 08 nömrəli qərar.
“Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi tərəfindən göstərilən
xidmətlərin avtomatlaşdırılması ilə əlaqədar
inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının
Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin 2012-ci il 25 iyun tarixli 08
nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında” 2012-ci il 27 dekabr tarixli 21 nömrəli və
2015-ci il 22 iyul tarixli 14-q nömrəli qərarlar.
“Stimullaşdırıcı
lotereyaların təşkili və keçirilməsi
Qaydaları”na dəyişikliklər edilməsi barədə”
2012-ci il 6 sentyabr tarixli 10 nömrəli qərarın
1-ci hissəsi.
“İnvestisiya
fondlarının və idarəçinin hesabatlarına dair tələblər,
habelə onların təqdim edilməsi və
açıqlanması Qaydaları”na dəyişikliklər
edilməsi barədə” 2012-ci il 13 sentyabr
tarixli 14 nömrəli və 14 dekabr tarixli 17 nömrəli qərarlar.
“İnvestisiya
fondunun kapitalının formalaşdırılmasına, fondun
aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər
haqqında Qaydalar”a dəyişikliklər edilməsi barədə”
2012-ci il 12 dekabr tarixli 18 nömrəli və
2013-cü il 18 dekabr tarixli 5 nömrəli qərarlar.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il
7 iyul
tarixli 277 nömrəli qərarına
2 nömrəli əlavə
Ləğv
edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin normativ hüquqi
aktları və onların struktur elementləri və Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidmətinin normativ xarakterli aktları
“Qiymətli
kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və
girov predmetinə tutmanın yönəldilməsi
Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 9-q nömrəli qərarın
1-ci hissəsi.
“Qiymətli
kağızlar bazarında emitentlər tərəfindən məlumatların
açıqlanması Qaydaları”nın təsdiq edilməsi
barədə” 2016-cı il 3 fevral tarixli
15-q nömrəli qərar.
“İnvestisiya
qiymətli kağızlarının Azərbaycan
Respublikası ərazisindən kənarda
buraxılışı və yerləşdirilməsi
Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı
il 3 fevral tarixli 8-q
nömrəli qərarın 1-ci hissəsi.
“Hüquqi
şəxslərin yenidən təşkili zamanı investisiya
qiymətli kağızlarının emissiyası və
konvertasiyası Qaydası”nın təsdiq edilməsi barədə”
2016-cı il 3 fevral tarixli 14-q nömrəli
qərar.
“Qiymətli
kağızların dövlət reyestrinin aparılması
Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 13-q nömrəli qərar.
“Qiymətli
kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin
kənar auditorlarına dair tələblər haqqında
Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 11-q nömrəli qərar.
“Emitentin
idarəetmə hesabatlarına dair tələblər
haqqında Qaydalar”ın təsdiq edilməsi barədə”
2016-cı il 3 fevral tarixli 10-q nömrəli
qərarın 1-ci hissəsi.
“Emissiya
prospektinə və informasiya memorandumuna dair tələblər
haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 27
yanvar tarixli 05 nömrəli qərarın 1-ci hissəsi.
“İnvestisiya
qiymətli kağızları ilə alqı-satqı əqdlərinin
bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə”
2016-cı il 21 yanvar tarixli 02 nömrəli
qərarın 1-ci hissəsi.
“Azərbaycan Respublikasında
daşınmaz əmlak sertifikatları haqqında
Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 11-q nömrəli qərarın
1-ci hissəsi.
“Qiymətli
kağızlar və onların emitentləri barədə tədqiqatlar
aparan və onların nəticələrini yayan, həmçinin
investisiya strategiyasını təklif və ya tövsiyə
edən şəxslərin məlumatları
açıqlaması Qaydası”nın təsdiq edilməsi barədə”
2016-cı il 3 fevral tarixli 16-q nömrəli
qərar.
“Səhmlərin birləşdirilməsi,
xırdalanması və onların nominal dəyərinin
artırılması zamanı səhmlərin emissiyası
haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 3
fevral tarixli 18-q nömrəli qərar.
“İnvestisiya qiymətli
kağızlarına abunə yazılışı və yerləşdirilməsi
haqqında Qaydalar”ın təsdiq edilməsi barədə”
2016-cı il 27 yanvar tarixli 04 nömrəli
qərar.
“Qiymətli kağızlara sərəncam
verilməsinə dair notariat qaydasında təsdiqlənmiş
müqavilələr üzrə ödənişlərin həyata
keçirilməsi və həmin müqavilələrin
depozitar sistemində qeydiyyatı Qaydası”nın təsdiq
edilməsi barədə” 2016-cı il 21
yanvar tarixli 01 nömrəli qərar.
“Fond birjasının məlumatları
açıqlaması Qaydası”nın təsdiq edilməsi barədə”
2015-ci il 14 dekabr tarixli 31-q nömrəli qərar.
“Törəmə maliyyə alətlərinin
yerləşdirilməsi və tədavülü
Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 dekabr tarixli 32-q nömrəli qərar.
“Depozitar qəbzlərinin
buraxılışı, onların dövlət qeydiyyatına
alınması və tədavülü Qaydası”nın təsdiq
edilməsi barədə” 2015-ci il 14 dekabr tarixli
30-q nömrəli qərar.
“Ticarətsonrası sistem və
klirinq fəaliyyətinin həyata keçirilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” 2015-ci il 3 dekabr tarixli 29-q nömrəli qərarın
1-ci hissəsi.
“İpoteka örtüyünün
reyestrinin aparılması və sərəncamçı tərəfindən
ipoteka örtüyünün yoxlanılmasının nəticələri
barədə hesabata dair tələblər haqqında
Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 17 noyabr tarixli 28-q nömrəli qərar.
“İpoteka istiqrazlarının və
ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta
çəki metodu ilə ödəniş müddətlərinin
hesablanması Qaydası”nın təsdiq edilməsi barədə”
2015-ci il 17 noyabr tarixli 27-q nömrəli qərar.
“Emitentin istiqraz
buraxılışının maksimum həcminə dair tələblər
haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci
il 19 oktyabr tarixli 21-q nömrəli qərar.
“Qiymətli kağızlar
bazarında lisenziyalaşdırılan şəxslərin
nizamnamə kapitalının minimum miqdarı və onun
formalaşdırılması haqqında Qaydalar”ın təsdiq
edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 10-q nömrəli qərar.
“Qiymətli kağızlar
bazarında sui-istifadələrin qarşısının
alınması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə”
2015-ci il 29 sentyabr tarixli 09-q nömrəli
qərarın 1-ci hissəsi.
“İnvestisiya qiymətli
kağızlarının qiymətinin sabitləşdiril-məsi
haqqında Qaydalar”ın təsdiq edilməsi barədə”
2015-ci il 29 sentyabr tarixli 04-q nömrəli
qərar.
“Qiymətli
kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin
icra orqanlarının üzvlərinin və investisiya şirkətinin
filiallarının rəhbərlərinin attestasiyasının
keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə”
2015-ci il 29 sentyabr tarixli 16-q nömrəli
qərar.
“İnvestisiya xidmətlərinin (əməliyyatlarının)
həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin
alınması məqsədi ilə attestasiya keçirilməsi
Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 13-q nömrəli qərarın
1-ci hissəsi.
“Lotereyaların
təşkili və keçirilməsi Qaydaları”nın təsdiq
edilməsi barədə” 2013-cü il 2 may
tarixli 4 nömrəli qərarın 1-ci hissəsi.
“İnvestisiya
fondunun depozitarı tərəfindən pul hesab-larının
açılması, aparılması və pul
köçürmələrinin həyata keçirilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 23
noyabr tarixli 15 nömrəli qərar.
“Stimullaşdırıcı
lotereyaların təşkili və keçirilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 17 fevral tarixli 02 nömrəli qərarın
1-ci hissəsi.
“Azərbaycan
Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə
idxal edilən alkoqollu içkilərə, pivəyə, etil
(yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq
olunan dövlət aksiz markalarının sifarişi,
satışı, uçotunun aparılması və onlardan
istifadə olunması Qaydaları”nın təsdiq edilməsi
barədə” 2002-ci il 14 yanvar tarixli 009
nömrəli əmrin 1-ci hissəsi.
“İnvestisiya
şirkətinin hesabatlarının tərtib və təqdim
olunma Qaydası”nın təsdiq olunması barədə”
2016-cı il 3 fevral tarixli 17-q nömrəli
qərarın 1-ci hissəsi.
“İnvestisiya
şirkətləri tərəfindən investisiya xidmətlərinin
(əməliyyatlarının) həyata keçirilməsi
Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı
il 3 fevral tarixli 12-q nömrəli qərarın 1-ci hissəsi .
“İnvestisiya
şirkətinin davamlı kapital tələbləri
haqqında Qaydalar”ın təsdiq edilməsi barədə”
2015-ci il 29 sentyabr tarixli 12-q nömrəli
qərarın 1-ci hissəsi.
“Qiymətli
kağızlar bazarında marja ticarətinə dair
Qayda-lar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 14-q nömrəli qərar.
“İnvestisiya
fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi
barədə” 2011-ci il 3 avqust tarixli 01
nömrəli qərarın 1-ci hissəsi.
“Azərbaycan
Respublikasında veksellərin dövriyyəsi haqqında
Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2000-ci il 2 fevral tarixli 022 nömrəli əmr.
“Azərbaycan
Respublikasında xəzinə veksellərinin buraxıl-ması
və dövriyyəsi Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2000-ci il 19 sentyabr tarixli 159
nömrəli əmr.
“Kredit təşkilatlarında
veksellərin uçotunun aparılması Qaydaları”nın təsdiq
edilməsi haqqında” 2007-ci il 29 dekabr
tarixli 191 nömrəli əmr.
“Sənədləşdirilmiş
emissiya qiymətli kağızların sertifikat-larının məcburi
rekvizitləri”nin təsdiq edilməsi haqqında” 1999-cu il 19 noyabr tarixli 67
nömrəli əmr.
“Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2000-ci il 6 sentyabr tarixli 155 nömrəli əmr.
“Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları”nın təsdiq edilməsi haqqında” 2000-ci il 29 sentyabr tarixli 167 nömrəli əmr.
“İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 8 iyun tarixli 079 nömrəli əmr.
43. Ləğv edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları:
43.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunma Forması barədə” 2011-ci il 9 fevral tarixli 005 nömrəli qərar;
43.2. “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər barədə” 2010-cu il 25 iyun tarixli 002 nömrəli qərar;
43.3. “Hüquqi şəxs olan monitorinq
iştirakçıları və monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı fəaliyyət üzrə daxili nəzarət
sistemlərinin hazırlanmasına dair Tələblər barədə”
2010-cu il 21 sentyabr tarixli 004
nömrəli qərar.
Xalq qəzeti.- 2017.- 8 iyul.- S.5.