“Kənd təsərrüfatı məhsulları
istehsalçılarının toxum, gübrə və
damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 278
Bakı şəhəri,
7 iyul 2017-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin təkliflərinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
“Kənd
təsərrüfatı məhsulları
istehsalçılarının toxum, gübrə və
damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 9, maddə 872;
2013, ¹ 7, maddə 881; 2015, ¹ 2, maddə 227; 2016, ¹ 1, maddə
168) aşağıdakı dəyişikliklər edilsin:
1.
1.1.3-cü yarımbənddə “Dövlət vəsaiti
hesabına idxal olunan damazlıq heyvanların” sözləri
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
ölkə daxilində və xaricdən satın alınan
damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti
hesabına” sözləri ilə əvəz edilsin.
2.
3-cü hissədə “gübrələrin və” sözləri
“gübrələrin, ölkə daxilində və xaricdən
satın alınan” sözləri ilə və “həmin xəzinə”
sözləri “xəzinə və ya hesablaşma” sözləri
ilə əvəz edilsin.
3. Həmin
qərarla təsdiq edilmiş “Dövlət vəsaiti
hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə
lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı
məhsulları istehsalçılarına satılması
Qaydaları” üzrə:
3.1.
adında “Dövlət vəsaiti hesabına idxal olunan
damazlıq heyvanların” sözləri “Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyəti tərəfindən ölkə
daxilində və xaricdən satın alınan damazlıq
heyvanların dövlət büdcəsinin vəsaiti
hesabına” sözləri ilə əvəz edilsin;
3.2. 1.1-ci
bənddə “dövlət vəsaiti hesabına “Aqrolizinq”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən
xaricdən idxal olunan damazlıq heyvanların” sözləri
“dövlət büdcəsinin vəsaiti və “Aqrolizinq”
Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət)
dövriyyə vəsaiti hesabına həmin Cəmiyyət tərəfindən
ölkə daxilində və xaricdən satın alınan
(bundan sonra - Cəmiyyət tərəfindən satın
alınan) damazlıq heyvanların dövlət büdcəsinin
vəsaiti hesabına” sözləri ilə əvəz edilsin;
3.3. 1.2-ci
bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. Cəmiyyət
tərəfindən satın alınan damazlıq heyvanların
dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz
güzəştlə lizinq yolu ilə satılmasının əsas
məqsədi ölkə ərazisində damazlıq
heyvandarlığın inkişaf etdirilməsindən və
onların baş sayının artırılmasından ibarətdir.”;
3.4. 2-ci
hissənin adında “İdxal olunmuş damazlıq
heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən satın alınan
damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti
hesabına” sözləri ilə əvəz edilsin;
3.5. 2.1-ci
və 2.2-ci bəndlər aşağıdakı redaksiyada
verilsin:
“2.1. Cəmiyyət
dövlət büdcəsindən ayrılan vəsait və
özünün dövriyyə vəsaitləri hesabına
satın aldığı damazlıq heyvanların zoobaytar tələblərinə
cavab verən tövlələrdə karantin dövründə
saxlanılmasını, xəstəliklərə qarşı
yoxlanılmasını, qanunvericilikdə nəzərdə
tutulmuş qaydada tam dəyərində
sığortalanmasını təmin edir.
2.2.
Damazlıq heyvanların güzəştlə lizinq yolu ilə
istehsalçılara satışının təşkili
üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən rayon (şəhər) üzrə
daimi fəaliyyət göstərən komissiyalar
yaradılır.”;
3.6.
2.4-cü bəndə “barədə” sözündən sonra
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin müəyyən etdiyi formada” sözləri əlavə
edilsin;
3.7. 2.5-ci
bənddən “(dövlət qeydiyyatından keçməsi
barədə şəhadətnamənin və ya şəxsiyyət
vəsiqəsinin)” sözləri çıxarılsın;
3.8.
2.6-cı və 2.7-ci bəndlərdə “xəzinə”
sözü “hesablaşma” sözü ilə əvəz
edilsin;
3.9. 3.1-ci
bənddə “2008-2009-cu illərdə dövlət vəsaiti
hesabına idxal etdiyi” sözləri “satın
aldığı” sözləri ilə əvəz edilsin;
3.10.
3.2-ci bənddə “dövlət vəsaiti hesabına idxal
olunmuş” sözləri “Cəmiyyət tərəfindən
satın alınmış” sözləri ilə əvəz
edilsin;
3.11.
aşağıdakı məzmunda 3.3-cü bənd əlavə
edilsin:
“3.3.
Damazlıq heyvanların satın alınması “Dövlət
satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada həyata keçirilir.”;
3.12.
Qaydalara əlavənin yuxarı sağ küncündə
“Dövlət vəsaiti hesabına idxal olunan damazlıq
heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən ölkə daxilində və
xaricdən satın alınan damazlıq heyvanların dövlət
büdcəsinin vəsaiti hesabına” sözləri ilə və
adında “Dövlət vəsaiti hesabına idxal olunan”
sözləri “Cəmiyyət tərəfindən satın
alınan” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 8 iyul.- S.5.