“Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Baş Dövlət Texniki
Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə
nişanlarının təsvirləri və onların təchizatına
dair Normalar”ın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
№ 279
Bakı şəhəri,
7 iyul 2017-ci il
Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Baş Dövlət
Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamə”nin
5.5-ci bəndinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin
işçilərinin xüsusi geyim forması, fərqlənmə
nişanlarının təsvirləri və onların təchizatına
dair Normalar” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən
edilsin ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin
işçilərinin xüsusi geyim forması və fərqlənmə
nişanları ilə təminatı Azərbaycan
Respublikasının dövlət büdcəsində Baş
Dövlət Texniki Nəzarət Müfəttişliyinin və
onun rayon (şəhər) müfəttişliklərinin
saxlanılması xərcləri və maddi-texniki təminatı
üçün nəzərdə tutulmuş vəsait
hesabına həyata keçirilir.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
11 iyul.- S.4.